10. TEHRAN-TƏBRİZ YOLUNDA

29 aprel – 10 may 1946-cı il

Hərbi zabitlik məktəbi tələbələri tərəfindən

Tehran. Azərbaycan xalqının sevimli nümayəndələri və milli hərəkatımızın rəhbəri, Baş nazirimiz cənab Pişəvəriyə

Üzü: Təbrizdə “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”,  Tehranda “Rəhbər”, “Mərdom”, “İran-e ma”, “Rəstaxiz”, “İran”, “Necat-e İran” qəzetlərinə

“Biz, Azərbaycan hərbi zabitlik məktəbinin tələbələri, hörmətli nümayəndələrimiz və sevimli Baş nazirimizə Azərbaycan azadlığının və qəhrəman fədailərimizin qanı bahasına qurduğumuz milli dövlətimizin qorunması və Azərbaycan xalqının səadət və xoşbəxtliyini nəzərdə tutmaqla bərabər İranın bütün əyalətlərində də azadlığın qorunması və milli bir hökumətin qurulması üçün dayaq olmağa, bir damla qanımız qalana qədər onu müdafiə etməyə hazır olduğumuzu bildiririk”.

Hərbi zabitlik məktəbinin tələbələri tərəfindən: Pərvinpur, R.Bəyani, M.Sarabi, Qulu Məhəmmədi, Vəlizadə, Çətirli, Nəqibzadə, Əhrabi, Mizani.

Astara fədailəri tərəfindən

Tehran. Azərbaycanın qəhrəman və fədakar nümayəndələri və onun rəhbəri hörmətli Baş nazirimiz cənab Pişəvəriyə

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” qəzetlərinə

“Biz, Astarnın fədailəri, yüzdə yüz əminik ki, Azərbaycanın həqiqi nümayəndələri xalqın mənafeyi, azadlığı və səadətilə bərabər ölkəmizin islahatına uyğun olan şəraitləri nəzərdən çıxarmayacaqlar və fədailərimizin verdikləri şəhidlər müqabilində zərrə qədər güzəştə getməyəcəklər. Biz fədailər 21 Azərdə öz imtahanımızı verdiyimiz kimi yenə də azadlığımızı qorumaq üçün canbazlığa və fədakarlığa hazırıq”.

Astara fədailəri rəhbəri Qulam Məhəmmədpur, Dadaş Soltan, başçı Mikayıl Cahani, başçı Əjdər, başçı Əli Şəmsəddin, başçı Rəhim Zəhiri, Sərdar Bəhram, Əjdər Hacıyan, Qulam Yadulla, Əbülqasım, Kərim İnşam, Pur Əzəm Cəlil, Qüdrət İbrahim.

 

Təbriz bələdiyyə işçiləri tərəfindən

Tehran. Hörmətli Azərbaycan nümayəndələri heyətinin rəisi və sevimli Baş nazirimiz cənab Pişəvəriyə

Üzü: Tehranda nəşr olunan “Rəhbər”, “İran-e ma”, “Necat-e İran”,  “Zəfər”, Təbrizdə nəşr olunan “Azərbaycan”, “Yeni Şərq”, “Azad millət” qəzetlərinə

“Cənabınız hörmətli nümayəndələrlə birlikdə Tehran dövləti ilə müzakirələr apardığınız bir zamanda sizin diqqətinizi Azərbaycan xalqının istəklərinə cəlb edirik.

Qəhrəman Azərbaycan xalqı istək və arzularına öz milli dövlətinin sayəsində nail olub. Bu azadlığı və milli dövləti qorumaqla bərabər bütün İran xalqının səadəti və azadlığını arzu edirik.

Azərbaycan xalqı öz azadlığını İranın azadlığı ilə bərabər qorumaq üçün heç bir fədakarlıqdan çəkinməyəcəkdir və öz milli dövlətini qorumaq üçün son damla qanını fəda etməyə hazırdır”.

  Bələdiyyə işçiləri tərəfindən:

Atəş, Bayat Maku, Rəhimi, mühəndis Qəhrəmani, mühəndis Daneşvər, doktor Yusifzadə, mühəndis Həriri, mühəndis Bazərqan, köməkçi mühəndis Pezeşkar, köməkçi mühəndis Rəfizadə, mühəndis Arakel, Fəryadpur, köməkçi mühəndis Məlikzaryan, Davud Növbəri, Sidqəli, Cahanşahi, Əsgərzadə, Səid Müctəhidi, Kaşef, Təbatəbai.

 

Azərbaycan Xalq Qoşunları nəqliyyat şöbəsi tərəfindən

Tehran. Azərbaycan xalqının hörmətli nümayəndələrinin rəisi və Demokrat Firqəsinin rəhbəri cənab Pişəvəriyə

Üzü: “Azərbaycan” və “Azad millət”, Tehranda nəşr olunan “Rəhbər”, “İran-e ma” qəzetlərinə

“Biz Azərbaycanda qurduğumuz azadlığın təminini, İran istiqlalını və İran ərazisində olan əyalətlərin Azərbaycan kimi azadlığını və hüquq bərabərliyinin bərqərar olmasını sizdən tələb edirik ki, onlar da bizim kimi səadətə çatsınlar.

Sizə qəti söz veririk ki, son damla qanımız qalana qədər milli hökumətimizə xidmət etməyə və onu qorumağa hazırıq”.

Xalq Qoşunları nəqliyyat şöbəsi işçiləri tərəfindən:

Məhəmmədəli Zərdişan,Qulam Himməti Ərəsi, Rza Həmidyan, Əsgər Əsgəri.

 

“Azərbaycan” qazeti, ADF orqanı, Təbriz, say197, 13.05.1946

 

Şərhlər bağlıdır.