TƏBRİZLİ DEPUTATIN XƏBƏRDARLIĞI:

“İranın sonu SSRİ kimi olacaq”

İranın millət vəkili Məsud Pezeşkiyan parlamentdə qarşıdan gələn şəhər şuraları və prezident seçkilərindən danışarkən siyasi qrup və cərəyanları bu barədə xəbərdar edib. Davam.az saytında yayımlanan həmin informasiyada diqqət deputatın aşağıdakı fikirlərinə də yönəldilib: “Seçkilərdə xalqın maksimum dəstəyini qazanmasaq sonumuz SSRİ-nin aqibəti kimi olacaq və İran da dağılacaq. SSRİ də güclü ordu və silahlara malik idi, lakin dağıldı. Biz də xalqın dəstəyi olmadan çox davam gətirə bilmərik”.

M. Pezeşkiyan ölkədə Həsən Ruhani hökümətinin ölkədə hökm sürən siyasi böhrandan çıxmaq istiqamtətində müəyyən addımlar atdığını deyib. Lakin o, hesab edir ki, hazırkı hökumətin ən böyük uğuru ölkənin parçalanmasına yol verməməyə çalışmasıdır.

Sonda əlavə edək ki, Məsud Pezeşkiyan hakimiyyətin islahatçı adlanan qanadına mənsub ən nüfuzlu şəxslərdəndir. Siyasi kuluarlarda o, prezident seçkilərində islahatçıların əsas namizədlərindən biri sayılır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.