Türkiyədə FETO-nun üzvü olan 123 vəzifəli şəxs tutuldu
İzmir Prokurorluğu 184 şəxs barəsində saxlanılma qərarı verib.
Mediada bu barədə Türkiyə mətbuatına istinadən xəbər yayımlanıb.
Məlumata görə, bu, prokurorluğun FETO təşkilatının Türkiyə Silahlı Qüvvələrinə sızması ilə bağlı apardığı araşdırma nəticəsində baş tutub.
Tutulanlardan 123-ü vəzifəli şəxs, qalanları isə əsgərlərdir.
Polis əməliyyatları ölkənin 53 rayonunda aparıb.
Şərhlər bağlıdır.