İRANDA “QANA-QAN” CƏZASI QƏDİMDƏN MÖVCUDDUR

QIZ ANASINI EDAM ETDİ

İran dövləti mövcud olduğu vaxtdan indiyədək “qana-qan” cəzası qüvədə qalır. Bu yaxınlarda həmin cəzanın daha bir ikrah doğuracaq variantı tətbiq olunur. Belə ki, “Habel Qlobal” məlumat verir ki, ərini öldürən Məryəm Karami edam edilib. Onun qızı həyata keçirib. Bildirilir ki, Məryəm Karami ərindən boşanmaq istəyib, əri isə bunu qəbul etməyərək ona qarşı zorakılıq tətbiq edib.

Qeyd edilir ki, İranda “qisasa qisas” tətbiqi geniş şəkildə həyata keçirilir. Qaydaya görə yaxını öldürülən şəxs cinayəti törədəndən qan pulu tələb edə, və ya edam cəzasını öz əlləri ilə həyata keçirə bilər. Bu baxımdan qızı anasına qarşı güzəştlərə getmək istəməyib və edamı öz əlləri ilə icra edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.