SİRKDƏ FİLLƏR DÖYÜŞDÜRÜLDÜ, TAMAŞAÇILAR TRİBUNALARDAN QAÇDI

Tatarıstanın paytaxtı Kazanda yerləşən sirkdə gözlənilməz hadisə baş verib. İki fil səhnədə döyüşməyə başlayanda qorxuya düşən tamaşaçılar tribunalardan qaçaraq sirki tərk ediblər.

Azerbaycan-ruznamesi.org KİV-lərə istinadən təlimçilərin tamaşa zamanı iki fili döyüşdürməyə çalışdığını yazırlar. Onlardan gözlənilmədən biri digərini xortumu və başı ilə səhnənin kənarına sürükləyib, yerə yıxmaq istəyib.

Tamaşaçıların böyük əksəriyyəti qorxu içərisində tribunalardan qaçıblar.

Döyüşə reaksiya verən digər tamaşaçılar isə heyvanlara verilən işgəncəyə görə yüksək səslə etirazlarını bildiriblər. Olay böyüməsin deyə, fil təlimçiləri heyvanları səhnədən çıxarıb.

https://www.facebook.com/rianru/videos/1328699240850502/

Şərhlər bağlıdır.