Polkovnik Qulu Sübhi: Vətən uğrunda şəhid olan qəhrəmanlar heç zaman unudulmurlar, onlar daima xalqın və onun tarixinin yaddaşındadırlar…
1945-1946-cı illərdə Cənubi Azərbaycandakı milli hərəkatının fəal iştirakçılarından olmuş Marağa qarnizonunun polkovniki Qulu Sübhinin edamdan əvvəl son sözləri: “Bu amanabənd bina (İran hökumətini nəzərdə tutur – Səməd Bayramzadə) uzun müddət dayanmayacaq. Bu cür qanlı idarəetmə metodları əbədi davam edə bilməz”.
Bu sözlərdən sonra Sübhi dar ağacına qaldırılır, kəndirin ilməsi boynuna vurulur və asılır. İp dərhal qopur və polkovnik Qulu Subhi sıçrayıb ayağa qalxaraq qəzəblə qışqırır: “Cəlladlar! İndi sözlərimə inanırsınızmı?! Dar ağacınızdakı ip də kövrəkdir, çürükdür. Vətən, sən mənim anamsan. Əbədi yaşa, Azərbaycan … ”. Bunlar polkovnikin son sözləriydi.
13 yanvar 1962-ci ildə onun dul qalmış həyat yoldaşı Məhbubə xanım qızı və üç nəvəsi ilə SSRİ-nin sərhədini keçib Azərbaycan Respublikasına gəlirlər. Daha sonra səlahiyyətli orqanlar qəhrəmanın ailəsini Gəncə şəhərində yerləşdirdilər.
Bəlkə, kiminsə bu ailə haqqında məlumatı var?
Azerbaycan-ruznamesi.orgdan: Biz şəhid polkovnikimiz Qulu Sübhi haqqında mövzuya bir daha qayıdacağıq. Elə bilirik ki, hər birimizin nəinki şəhidlərimiz, onların yadigarları-ailə üzvləri barədə də geniş məlumatı olmalıdır. Bu baxımdan Qulu Sübhinin həyat yoldaşının qızı və 3 nəvəsi ilə Güney Azərbaycana pənah gətirməsinin, sonrakı talelərinin kimlərisə maraqlandırması hamımızı qayğılandırmalıdır.
Məhbubə xanımın Gəncədə məskunlaşdığı deyilir. Allah ömrünü uzun eləsin, sağdırsa səsimizə-səs versin. Əgər qızı və nəvələri də bu sətirləri oxuyacaqsa saytımızın elektron poçtuna yazsınlar, yaxud +994-50-534-93-26 nömrəsinə zəng etsinlər. Elə bilirik ki, bu işdə hamımıza daha çox Gəncə sakinləri kömək edə bilərlər.
Şərhlər bağlıdır.