MƏHKUM XALQIN MƏHKUM ZİYALILARI

İTİ BUCAQDAN BAXIŞ

Məlum “ANAJ” saytının təşkil etdiyi dəyirmi masada Təbriz universitetinin bir professor, bir dosent və bir müəllimi oturub Azərbaycan Respublikasında xarici dövlətin agenti olan bir din adamına məhkəmədə istənilən cəzanı gen bol müzakirə ediblər. Onlar bir sıra başlarından yekə fikirlər irəli sürüb, tələblər səsləndiriblər. Biz buna heç bir irad bildirməzdik, əgər bu Təbriz universitetinin doktorları bircə dəfə yığılıb Təbriz şəhərində hər gün günahsız yerə həbs olunan milli -mədəni fəalları müdafiə etsə idilər, onların həbsi və verilən cəzaları müzakirə edib, dəyərləndirsə idilər.
Bu qalsın bir yana, onlar ziyalı olsa idilər, bir XALQIN, həm də öz xalqının MİLLİ HÜQUQSUZLUĞUNU açıq şəkildə müzakirə edərdilər. Əgər bunu edə bilmirsinizsə, onda sizə aid olmayan məsələlər haqqında da susun. Susmaq yerinə başlarını aşağı salaraq bir fərdin, özü də başqa dövlətə xidmət edən agentin, hüquqlarını müdafiə edirlər. Bir xalqın büququnu müdafiə edə bilməyib bir fərdin hüququnu göstərişlə müdafiəyə qalxan doktorlara yazıqlar olsun. Ayrı söz artıqdır.

Vidadi Mustafa

Şərhlər bağlıdır.