BU GÖRÜŞDƏN ONLAR NECƏ DƏ ŞADDIRLAR!

Dostlar Təbrizi -  42 il əvvəli xatırladılar

Bu foto Bakı Dövlət Universitetinin dosenti Pərviz Firidun oğlu Kaziminin yubiley mərsimində çəkilmişdi. Onlar elə səmimiyyətlə görüşdülər ki, sanki 100 il idi ayrı düşmüşdülər. Tanışlıqları isə 1979-cu ildə Təbrizdən başlanmışdı. Firidun kişi Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 34 ildən sonra yenidən həmin şəhərdə çapının bərpasında iştirak edəcək əsas simalardan biri olacaqdı.

Maraqlı taledir. 1945-ci ilin sentyabrında qəzetin ilk sayı çıxanadək də F.Kazimi mətbuatla əlaqədə idi. “Vətən yolunda” qəzetinin saylarını əsasən qatarlarda yayırdı. Sonra “Azərbaycan”a növbə çatdı. Mühacirətdə isə ADF-nin mətbəəsində ağır işləri demək olar çiynində daşıdı. 1979-cu ildə inqilabdan sonra təşkilat Təbrizdə fəaliyyətini bərpa edəndə könüllü olaraq çap prosesinin ağırlığını öz üzərinə götürdü. Gənc inqilabçı, jurnalist, firqə fəalı Abdulla Əmir Haşimi Cavanşirlə tanışlıqları buradan başlandı, həyat özü dostluğa haqq etdiklərini təsdiqlədi.

Onlar yenə firqəmizin qızıl fonduna daxil olan insanlardır. Firidun kişinin 85 yaşını da qeyd etmişik. Əminik ki, 90 yaşında da ağsaqqala müstəsna xidmətlərinə görə ADF-nin mükafatını təqdim edəcəyik. Hələlik əsas məsələ yaşa və nasazlığa boyun əyməməkdir. Onda hamılıqla yeni yubiley şəkilləri çəkdirəcəyik. 

Rəhim Huseynzadə,

Azərbaycan Demokrat Firqəsinin sədri

 

Şərhlər bağlıdır.