5 IL ƏVVƏL TEHRANIN MƏŞHUR “EVIN” HƏBSXANASINI PARKA ÇEVIRMƏK TƏKLIF OLUNMUŞDU
Təklif keçmədi, yenə oradan qan qoxusu gəlir
İnsan haqları fəalları indi də “Evin” həbsxanasında məhbuslara qarşı müxtəlif qanunsuzluqların sistematik hal aldığını bildirirlər.
Tehran şəhərinin meri 5 il əvvəl mediaya açıqlamasında ümidvar olduğunu demişdi ki, ədliyyənin müvafiq icazəsindən sonra paytaxtda qorxulu hekayətləri ilə ad çıxarmış “Evin” həbsxanasının yerində ictimai park salınacaq.
O, ədliyyə naziri ayətullah Sadeq Laricaninin bu parkın salınması üçün hətta maliyyə dəstəyini də vəd etmişdi.
Tehranın şimalında 43 hektarlıq ərazini tutan bu həbsxanada siyasi məhbuslar da daxil minlərlə dustaq saxlanır.
İnsan haqları fəalları “Evin” həbsxanasında məhbuslara qarşı müxtəlif qanunsuzluqların sistematik hal aldığını bildirirlər.
Hətta “Evin” həbsxanasının siyasi məhbuslar, jurnalistlər, alimlər və ziyalılar saxlanan sektorunda nəzarətçilərin dustaqları döymələri ilə bağlı İranın penitensiar xidmətinin bəzi rəhbərləri vəzifəsindən kənarlaşdırılmışdı. Bu da gözə kül üfürməkdən başqa heç nə deyildi.
O vaxt İran qəzetləri Tehran bələdiyyəsinin “Evin” həbsxanasının yerində park salmaq təşəbbüsünü alqışlamışdı.
“Bu həbsxananın park və ya muzeyə çevrilməsi bir çox vətəndaşların çoxdankı arzusudur, – deyə mərkəzçi “Ebtekar” qəzeti, – yazırdı. Evin Tehranın havası xoş olan rayonlarından biridir və burada park salınması çox yaxşı fikirdir”.
“Qan qoxusu”
Tehranın şimalında 43 hektarlıq ərazini tutan bu həbsxanada siyasi məhbuslar da daxil minlərlə dustaq saxlanır.
Lakin bir çox şərhçilər və internet saytları park planları barədə tənqidi çıxışlar ediblər. Bir Facebook istifadəçisi yazır ki, “bu park qan qoxusu verəcək”.
“Mən həyatımın ən acı anları ilə bağlı olan bir yerdə salınmış parkda rahatlıqla gəzə bilərəmmi?” – yazır başqa bir istifadəçi.
Bəziləri isə həbsxananın köçürülməsi ilə bağlı narahatlıq ifadə edirlər. Onların fikrincə, bu hadisə məhbusların qohumları üçün indikindən qat-qat çox problemlər yaradacaq.
Şərhlər bağlıdır.