İranın Nətənzdəki nüvə təsisindəki hadisənin arxasında duran şəxsin kimliyi müəyyənləşdirilib və onun həbs olunması üçün tədbirlər görülür.
Azerbaycan-ruznamesi.org kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.
“Enerji təchizatı sisteminin işini pozan şəxsin kimliyi müəyyən olunub”,- deyə açıqlamada qeyd olunub.
Nazirlik AES-də elektrik paylama sistemindəki nasazlıqdan məsul olan şəxsin həbs olunması üçün lazımi tədbirlər görüldüyünü bildirib.
Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatı aprelin 11-də “Nətənz” uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəza baş verdiyini açıqlamışdı.
Şərhlər bağlıdır.