Myanmada polislə toqquşmalar

730 mülki şəxs öldürülüb, dünya seyrçi qalmaqdadır

Vaxtilə dünyanın dinc ölkələrindən biri sayılan Myanmada hərbi çevrilişdən sonra qan su yerinə axır. Fevral ayından etibarən təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 730 nəfərə çatıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Siyasi Məhbuslara Yardım Təşkilatı məlumat yayıb. Təşkilatın məlumatına əsasən, hazırda 3 152 nəfər istintaq altındadır. Məhkəmə 75 nəfəri həbsə məhkum edib.

Represiyaları, qətllərin günbəgün artmasına baxmayaraq onların hakimiyyətə gəlişinə loyallıqla yanaşan ABŞ və Qərbin hakim dairələrinin nüfuz və güclərindən istifadə edərək kəskin tədbirlər görmək niyyəti nəzərə çarpmır. Bir sözlə, Myanma xalqını müqaviməti dayandırmayacağı təqdirdə daha geniş qətllər gözləyir.

Xatırladaq ki, fevralın birində Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.