Taymaz Urmulu (Tahir Məhami) vəfat edib
ADFnin ABŞ Komitəsinin məsulu Rəhim bəy Şahbazi dəfn mərasimində iştirak etmişdir.
Taymaz Urmulu (Tahir Məhami) Amerikanın Vaşington şəhərində vəfat edib.
Əslən Urmu şəhərindən olan yazar-milli fəal Taymaz Urmulu (Tahir Məhami), “Qarqaşqa” interneti saytı, dərgilər, fərdi və təşkilati fəalliyətləri ilə – özəlliklə Qərbi Azərbaycanda baş verən soyqırımlar və tarixi faciələrə aydınlıq gətirərək, Azərbaycan millətinin tarixi hafizəsini aktiv saxlamağa çalışırdı.
Mərhumun ailəsinə, qohumlarına, yaxın dostlarına və millətimizə başsağlığı veririk!
Milli fəalın dəfn mərasimində, digər fəallar və dostları – o cümlədən ADFnin ABŞ Komitəsinin məsulu Rəhim bəy Şahbazi iştirak etmişdir.
Ruhu şad, xatirəsi əziz olsun! Allah rəhmət eləsin!
Visa detta inlägg på Instagram


Şərhlər bağlıdır.