Kərzai 11 Sentyabr hadisələrində Talibanı günahkar saymır

İki gün əvvəl TASS-da yayılan məlumatda Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai bildirib ki, “mən əminliklə deyə bilərəm ki, nə “Taliban”, nə də hər hansı başqa əfqan təşkilatı bu terror aktları ilə hər hansı əlaqəyə malikdir. Nyu-York, Vaşinqton faciəsi bütün Amerika üçün faciə oldu, o cümlədən bizim üçün. Amma mən dəqiq deyə bilərəm ki, Əfqanıstan bütün şəraitin qurbanı oldu”.

11 sentyabr 2001-ci ildə kamikadzelər iki sərnişin təyyarəsini oğurlayıblar və təyyarələri Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına çırpıblar. Nəticədə binalar tamamilə dağılıb. Terrorçuların olduğu daha bir təyyarə Pentaqonun binalarından birinə çırpılıb, dördüncü layner Pitsburq şəhəri ətrafında yerə düşüb. Terror aktları zamanı ümumilikdə 2982 nəfər həlak olub.

11 sentyabr hadisələrindən xeyli keçməsinə baxmayaraq hələ də əsl günahkarlar barədə ortada dəqiq məlumatlar yoxdur. Yalnız ümumi fərziyələrə əsaslanılmaqdadır ki, bunlar da ABŞ-ın özünün bir sıra Asiya ölkələrinə təcavüzü üçün bəhanələr verib. Yəqin ki, bu sirrin uzun müddət üzərindən məxfilik qrifi götürülməyəcək.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.