Qondarma iddialar və həqiqət arasında

Bayden ABŞ-a zərbə vurmamalıdır

  • Ya dünyanın aparıcı dövlətləri ermənilərin nazı ilə oynayır, ya da onları oynadırlar. Bu baxımdan hər il aprelin 24-ü ərəfəsində ermənilər 1915-ci ilin qarışıq dövrü ilə bağlı saxta məlumatlar yayır, böyük dövlətlərin başçılarının ağzını güdürlər.
  • Deməli, ABŞ-da prezident seçkisi qabağı kampaniya zamanı namizədlərin verdikləri vədlər sırasında “erməni soyqırımı” ilə bağlı məsələyə yer ayrılır. Birləşmiş Ştatların hazırkı prezidenti Cozef Bayden də sələfləri kimi ermənilərin bu məsələdə istəklərini təmin edəcəyinə boyun olub. Ondan əvvəlki prezidentlər Barak Obama və Donald Tramp da oxşar vədlər vermişdi. Ancaq onlar erməni saxtakarlığına şərik olmadı və tarixin təhrif edilməsini dəstəkləmədi. Barak Obama həmin hadisələrə münasibət bildirərkən demişdi “Osmanlı imperiyası zamanı erməni xalqı deportasiya olunub, qətlə yetirilib. Dəhşətli qırğın olub”. Donald Tramp da ermənilərin gözləntilərinin əksinə olaraq 106 il əvvəlki hadisələri “soyqırımı” deyil, “böyük fəlakət” adlandırmışdı. Ehtimal edilir ki, ABŞ prezidenti Cozef Bayden də bu il aprelin 24-ü ilə bağlı müraciətində “erməni soyqırımı” ifadəsini işlədəcək. Qeyd edək ki, o, siyasi fəaliyyətində ermənisevərliyi ilə də seçilir. Bu isə Ağ evin indiki sahibinin beynəlxalq münaqişələrlə bağlı heç də obyektiv qərar çıxarmamasından xəbər verir.
  • //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/131-300×169.jpg” alt=”” width=”300″ height=”169″ />
  • Bu arada Azərbaycan ictimaiyyəti üçün Qarabağ ətrafında məsələ başqalarının obyektivliyinin yoxlanılması üçün lakmusdur. 1992-ci ildə baş verənlər Baydenin ədalətsiz olduğunu sübut edib. O, senator olduğu dövrdə Azərbaycana qarşı bir sıra addımlar atıb. Cozef Bayden 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan “907-ci düzəliş”in qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxıb. Baydenin erməni sevgisi komandasının tərkibində də özünü göstərir. Onun administrasiyasında da iki erməni mənşəli şəxs çalışır. İqlim Araşdırmaları Agentliyinin rəhbərinin xüsusi köməkçisi Ceff Marutyan və Ağ evin Regional kommunikasiya bölməsinin başçısı Hayk Hacinazaryan təyin edilib.
  • Yeri gəlmişkən, Cozef Bayden “soyqırımı” ifadəsini işlədərsə, deməli, beynəlxalq hüquq normalarını pozmuş olacaq. Çünki 106 ilki hadisəyə qərəzli yanaşmaq siyasi təzyiq alətidir. Uzun illərdir erməni iddiasından Türkiyəyə qarşı istifadə olunur. ABŞ prezidenti məsələyə ermənilərin mövqeyindən yanaşarsa, bu, 78 yaşlı dövlət başçısının saxtakarlığı dəstəkləməsi, ədalətsizliyinin göstəricisi olacaq. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ermənilərin və sponsorlarının Azərbaycana və Türkiyəyə qarşı çıxışları ara vermir. Odur ki, Baydenin erməniləri qane edəcək ifadə işlətməsi həmin kampaniyanın tərkib hissəsi sayılar. O zaman belə qənaətə gəlmək olar ki, Birinci Dünya müharibəsində Osmanlının məğlub etdiyi qüvvələr bu gün onun hayfını çıxmaq üçün Türkiyəyə saxta erməni iddiası ilə təzyiq edirlər. Hadisələrə ayıq başla baxanlar bildirir ki, həmn hadisələr ilk növbədə tarixçilər tərəfindən araşdırılmalıdır. Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı çıxışlarında dəfələrlə xatırladıb ki, həmin dövrün arxiv materiallarını mütəxəssislər üçün təqdim edə bilərlər. Yəni həmin hadisələr tarixlə bağlıdır və onunla tarixçilər məşğul olmalıdırlar. “Soyqırımı” ifadəsinin işlənib-işlənməməsi ondan sonrakı mərhələdir.
  • 1982-ci il aprelin 22-də ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqan yəhudilərə müraciətində “erməni soyqırımı” və “Holokost” arasında paralel aparıb. Bu da həmin vaxt Ağ evdə işləyən ermənilərin təşəbbüsü ilə edilmişdi. Onda Ken Xaçikyan adlı erməni Ağ evdə Reyqanın katibliyində işləyirmiş. O, ABŞ-ın 40-cı prezidentinin çıxışlarının çoxunu yazırmış. Həmin tarixdə Reyqan ona Holokostla bağlı mətn yazmağı tapşırıb. Xaçikyan da fürsətdən istifadə edərək artist prezidentin məruzəsinə “erməni soyqırımı” ifadəsini də yerləşdirib. O, miqyasına görə Holokosta oxşar soyqırımlardan bəhs edərkən mənsub olduğu etnik qrupun iddiasını da xatırladıb. İndi ermənilər bunu özlərinə mənbə, istinad sayaraq həmin çıxışı ABŞ prezidentinin saxta tarixi tanıması kimi qələmə verməyə çalışırlar.
  • //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/2121-6-300×206.jpg” alt=”” width=”300″ height=”206″ />
  • Hər halda Cozef Bayden də erməni avantürasına uyaraq saxtakarlığı müdafiə edərsə, bu, təkcə Türkiyəyə qarşı edilən hörmətsizlik deyil, həm də Azərbaycana qarşı atılan addım, ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə haqq qazandırmaq anlamına gələcək. Ermənilər Azərbaycanın bu bölgəsini işğal etdikləri zaman etnik təmizləmə aparıb yerli sakinləri soyqırıma məruz qoyub, tarixi abidələri dağıdıblar. Xocalı, Meşəli, Qaradağlı, Bağanıs Ayrım, Meşəli, Kərkicahan, Ağdaban və başqa yaşayış bölgələrində dinc sakinlər soyqırıma məruz qalıblar. Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion və s. işğal olunmuş ərazilərdə qalmışdı. Ermənistan ərazini yerli sakinlərdən təmizlədikləri kimi, həmin tarixi abidələri də Qarabağdan daşımış, ya da məhv etmişlər.
  • //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/Без-имени-554-300×169.jpg” alt=”” width=”300″ height=”169″ />
  • Bu günlərdə BMT Baş katinin sözçüsü Stefan Dyujarrik ABŞ-ın bu məsələ ilə atacağı ehtimal olunan addımları şərh edərkən təmsil etdiyi qurumun mövqeyi haqqında deyib “Soyqırımı faktını ilk məhkəmə müəyyənləşdirməlidir”. Qeyd edək ki, 1948-ci il dekabrın 9-da BMT Baş Assambleyası Parisdə “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı qəbul edib. Bu Konvensiya 1951-ci il yanvarın 12-də qüvvəyə minib. Soyqırımın tərifinə əsasən, Osmanlı dövlətindəki hadisə soyqırımı deyil. Çünki onda silahlı ermənilər dövlətə qarşı çıxış ediblər. Dövlət isə onların qiyamının qarşısını alıb. Ancaq 1918-ci ilin martında Azərbaycanın bütün bölgələrində, o cümlədən son 30 ildə Qarabağda ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər soyqırımıdır. Bundan başqa, həmin sənədə uyğun olaraq ABŞ və Fransanın Afrikada törətdikləri cinayətlər də soyqırımıdır.
  • Nəhayət, Cozef Bayden erməni saxtakarlığını dilə gətirərsə, münaşiqələrin həllində ABŞ-ın beynəlxalq vasitəçilik missiyasına inam olmayacaq. Ağ ev bununla Türkiyə və Azərbaycanla strateji tərəfkeşliyinə zərbə vurar. Bayden tarixi saxtakarlaşdıranları müdafiə edərək bu addımı atarsa, bölgədə yeni münasibətlərin yaranmasına təkan verər. Odur ki, Ağ evin indiki sahibi ədalətdən imtahan verəcək. Bu sınaqdan alacağı qiymət ABŞ-ın ədalət göstəricisi olacaq.
  • //azerbaycan-ruznamesi.org/wp-content/uploads/2021/04/64-300×201.jpg” alt=”” width=”300″ height=”201″ />
  • Sədrəddin İsmayılov

Şərhlər bağlıdır.