Gördüyünüz bu şəkil 24 aprel 2021-ci ildə çəkilib. Yəni üstündən cəmi iki gün keçib. Tehran, erməni kilsəsi, qondarma erməni soyqırımı “qurbanlarının” xatirəsinə burada ucaldılan abidə önündə anım mərasimi.
Ermənilər burada tək deyillər. Amma bilinmir ki,abidə önünə çələnglərin hamısını onlar düzüblər, yaxud əqidə dostlarını zəhmətə salmaq istəməyiblər. Əqidə dostları dedikdə isə heç də elə bilməyin ki, onlar dili bir, dini bir doğmalarıdır. Bunlar qan və iman qardaşlarını heç vaxt tək qoymayan İran rejiminin rəsmi təmsilçiləridirlər. Gül qoyub baş əyən şəxs isə nə az, nə çox ölkənin təhlükəsizlik naziridir. Yəqin oradan da ayrılıb dildə də olsa bitərəfliyini bəyan edəcək. Bərəkallah!
Şərhlər bağlıdır.