RUHANİ HÖKÜMƏTİN FƏHLƏLƏRƏ TAM DƏSTƏYİNİ VURĞULADI

İNANAN DAŞA DÖNSÜN

İran İslam Respublikasının prezidenti hökumətin fəhləyə tam dəstəyini vurğuladı. Bu barədə SəhərAzəri agentliyinin yayımladığı məlumatda bildirilir. Ruhani aprelin 28-də etdiyi çıxışda, fəhlə sinifi cəmiyyətinin problemlərinin peşəkar olduğunu və siyasi olmadığını və iranlı fəhlələrin quruluşun müxaliflərinin və bəxahlarının  siyasi sui-istifadısinə icazə verməyəcəyini söyləyib.

Ruhani, 1 May Beynəlxalq fəhlə Günü ərəfəsində bir qrup fəhlə ilə virtual görüşdə, “Bu gün, bu fəhlə sinifinin iş təhlükəsizliyi və dolanışıq qaynağı, mərhəmətsiz və insanlıqdan  xarici ABŞ sanksiyaları və Korona virusunun yayılmasıyla təhdid altındadır” dedi.

İran İslam Respublikasının prezidenti  , hər vaxt quruluşun və ölkənin kənarında dayanan, inqilabı və quruluşu müdafiə etməyin bütün səhnələrində iştirak edən fəhlələri cəmiyyətin onurğa sütunu adlandıraraq, ”İşçini təcid etmək  hər kəsin vəzifəsidir.” dedi.

Ruhani, hökumətin fəhlələrin həyat şərtlərini yaxşılaşdırmaq üçün heç bir səydən əsirgəməyəcəyini və bundan sonra da bunun üçün lazımlı hər addımı atacağını söylədi.

Azerbaycan-ruznamesi.org: Ruhani də sələfləri kimi 1 May ərəfəsində gəlişi gözəl sözlərlə dolu nitq edir. Amma burada bir atalar sözü yada düşür: İnanan daşa dönsün.

Şərhlər bağlıdır.