İranın Qum əyalətinin yanğınsöndürmə xidmətinin rəsmisi Həmid Kureymi mediaya məlumat verib ki, şəhərdəki “Moldan” kimyəvi zavodunda partlayış baş verib.
Partlayışdan sonra zavodda bir neçə yerdə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə xidmətinin 150 əməkdaşı və 20 maşını göndərilib. Zavodun işçi heyəti təxliyə olunub.
Kureyminin sözlərinə görə, hadisə nəticəsində iki nəfər yanğınsöndürən xəsarət alıb, iki maşına isə ciddi ziyan dəyib.
“Yanğın söndürüldü, onun başqa anbarlara yayılmasının qarşısını aldıq, yoxsa daha böyük yanğın baş verə bilərdi”, – Kureymi bildirib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.