AVROPA PARLAMENTİNİN ÖGEY-DOĞMALIĞI

Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının və Avropa İttifaqının (Aİ) sədrinə müraciət edərək, Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması anlaşılan deyil. Qoy o zaman Aİ Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş və beynəlxalq təşkilatların 1993-1994-cü illərdə əksəriyyətinin sağ olduğunu təsdiqlədiyi 4 mindən çox azərbaycanlının taleyinə niyə biganə qaldığını açıqlasın. Bu susqunluğun səbəbi nədədir? Belə olan halda, 4 min azərbaycanlının taleyi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

Azerbaycan-ruznamesi.org: Azərbaycan Demokrat Firqəsi tanınmış jurnalist Dilman Musayevin bu qısa və dərin mənalı yazısında irəli sürülən fikirləri bəyənir, haqqın səsi hesab edir. Çox təəssüf ki, Avropa parlamenti də erməni təcavüzü başlayandan torpaqlarımızın işğaldan azad edildiyi günədək, elə indinin özündə də bu təşkilatın funksiyasına dəfələrlə xələf çıxıb. Qəribədir ki, onlarla ölkəni təmsil edən həmin rəsmilər özlərində cürət tapıb hərbi əsirlə təcavüzkarı, qatilləri qatışdırır. Azərbaycanlı yüzlərlə əsir qadının, uşağın indiyədək harada qaldıqları  barədə narahat olmağı özlərinə rəva bilmirlər. Bunu ancaq siyasi riyakarlıq, humanizmə yadlıq adlandırmaq olar.

Dilman Musayev

Şərhlər bağlıdır.