YENƏ RİYAKARLIQ, AZƏRBAYCANIN ADINDAN İFTİRA

Mayın 19-da İran səfiri və səfirliyin mədəniyyət üzrə müşaviri Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuna baş çəkərək 350-dən çox elmi və sair kitab hədiyyə ediblər. Çox gözəl. Təşəkkürlər. Bu barədə “irna” saytında geniş icmal verilib. Səfir yenə “iki millət bir dövlət” ifadəsinin daha çox İran ilə Azərbaycan münasibətlərinə uyğun gəldiyini vurğulayıb.

Həmin saytda “İrna” agentliyinin Moskva bürosunun Ermənistan ilə Azərbaycan sərhədində son vəziyyətə dair hazırladığı yazı da yer alıb.Yazıda rus ekspertlərinə də istinadən dəhliz məsələsinin həll edilmə ehtimalının sual altında olduğu vurğulanaraq  rahat nəfəs aldıqları gizlədilmir. Bu azmış kimi Azərbaycanın adından belə bir ifadə işlədilir:

“Azərbaycan isə öz silahlı qüvvələrinin yalnız QARABAĞ RESPUBLİKASININ (!?) Kəlbəcər-Laçın bölgəsindəki mövqelərinə keçdiyini söyləyir”.

 Bu bədbəxtlər, deyəsən, hələ də Qarabağın azad olması reallığı ilə barışa bilmirlər. Necə deyərlər, yenə riyakarlıq, Azərbaycanın adından iftira. 

Vidadi Mustafayev

Şərhlər bağlıdır.