İRANLI HÜCÜMÇÜ RUSİYA LİQASININ ƏN YAXŞISIDIR

Rusiyanın “Sport Exspress” portalı bu ölkənin premyer liqasında ən yaxşı futbolçunun müəyyənləşdirilməsi üçün apardığı rəy sorğusuna yekun vurub. “SabahAzeri”nin yayımladığı məlumata görə “Zenit” klubunun iranlı legioneri Sərdar Azmun 222 səslə sorğunun qalibi olub. O Rusiya Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

Hücumçu bu mövsümdə 19 qol vurub, komandasının ardıcıl üçüncü çempionluğunda əhəmiyyətli rol oynayıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.