İRANIN HƏM TANKERİNİ SAXLAYIR, HƏM DƏ NEFTİNİ ÖZÜ ÜÇÜN SATIR

ABŞ-ın bir sıra məsələlərdə zorakı hərəkətləri heç bir beynəlxalq qanuna sığmır. Belə bir addım Birləşmiş Ərəb Əmirliklərinin sahillərində saxlanılan “Achilleas” tankerindəki İran nefti ilə bağlı da həyata keçirilib.

Tanker fevral ayında Füceyrə əmirliyi sahillərində ABŞ tərəfindən saxlanılıb. Məhkəmə sənədlərinə görə, gəmi ABŞ-ın “terrorla” mübarizə qanunlarına uyğun olaraq müsadirə edilib.

Amerika rəsmiləri iddia edir ki, ABŞ-da terror təşkilatı elan edilən İslam İnqilabı Keşikçiləri Korpusunun tankeri Çinə neft satmaq üçün istifadə edilib.

Beləliklə ABŞ istəyəndə gəmi də saxlayır, hələ neftini də dədə malı kimi satır.

Azerbaycan-ruznamesi.org

 

Şərhlər bağlıdır.