16 MİN İRANLI İNVESTORUN TÜRKİYƏYƏ MÜHACİRƏTİ

BUNU TƏBRİZ TİCARƏT PALATASININ SƏDRİ DEYİR

“16 min İranlı investor ölkədəki bərbad durum üzündən Türkiyəyə mühacirət edib” – bunuTəbriz Ticarət Palatasının sədri Yunus Jailənin deyib. “Ölkədə iş və ticarət həyatının bərbad durumu elə bir nöqtəyə çatıb ki, 15 min 900 iranlı investor Türkiyəyə axın edib,” – o əlavə edib.

Yarırəsmi Fars agentliyi “ticarət palatası sədrinin bu sözləri dövlət və özəl sektorun dialoq şurasının toplantısında dilə gətirdiyini vurğulayıb”.

Son illərdə Türkiyədə sərmayə yatıran iranlı iş adamlarının sayı önəmli dərəcədə artıb. Onlar Türkiyədə xüsusilə daşınmaz əmlak sahəsinə sərmayə yatırırlar.

Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı məlumata əsasən, 2021-ci ilin ilk dörd ayında Türkiyədə əmlak satın alan xarici ölkə vətəndaşları arasında iranlılar birincidir. Onlar bu müddətdə Türkiyədə 2.156 daşınmaz əmlak satın alıblar.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.