HÖKÜMƏ BİLLURİ

VƏTƏN HƏSRƏTİ

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, filologiya elmləri namizədi, alim, tədqiqatçı, jurnalist Hökumə Billurinin xalqımıza miras qalan ədəbi irsindəki bütün nümunələr bir-birindən gözəldir. Bu xəzinədən azerbaycan-ruznamesi.org-un oxucularına birini-“Vətən həsrəti”ni mütaliənizə təqdim edirik.

Dünyada belə bir xəstəlik də var,

Vətən həsrətidir o dərdin adı.

Elindən, yurdundan ayrı olanlar,

Vətənin dərdindən ayrı olmadı.

Vətəndən uzaqda ömür edənlərin,

Dərdi böyük olar, el bilir bunu.

Vətən həsrətini dərk edənlərin,

Gözü yolda qalar ömür uzunu.

Elə bil günəşəm, bir ulduzam mən,

Dağların dalında batıb qalmışam.

İntizar çəkərək gecə sübhəcən,

Səhər ulduzunu yola salmışam.

Vətənun həsrəti illərdir, illər,

Qəlbimi çulğamış bir halə kimi,

Gözlərim yol çəkər hər axşam səhər,

Dolaraq boşalır piyalə kimi.

Mənim xəstəliyim soylə ay həkim!

“Vətən həsrəti”ndən özgə nə olar?

Bu dözülməz dərdi, necə mən çəkim?

Rişəsiz, ən güclü ağac da solar!

Təqdim etdi: Güləddin İsmayılov

Şərhlər bağlıdır.