ABŞ-DA YAŞAYAN FİRQƏÇİLƏR DƏ BOYKOT TƏRƏFDARIDIR

Hörmətli məsləkdaşlar və əziz həmvətənlər, bu günlərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin İranda prezident seçkilərini boykot etmək barədə qərarını Amerikada yaşayan firqə üzvləri də dəstəkləyirlər. Belə bir bəyanatın şanlı mübarizə yolu keçmiş bir siyasi təşkilat tərəfindən irəli sürülməsi gözlənilən idi. Və bizlər də həmin sənəddə irəli sürülən iddiaları bəyənərək boykota qoşuluruq.

Öncə Vaşinqtondan hamınızı salamlayırıq. Hər vaxtınız xeyir olsun. Sizinlə qarşıda İranda prezident seçkiləri barədə ürək sözlərimizi paylaşmaq istəyirik. Bildiyiniz kimi Güney Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsi Milli Hökumətin müəllifidir. Firqəmiz 75 il yüksək təşkilati, siyasi təcrübə və mübarizəyə malikdir. Azərbaycan Demokrat Firqəsi 115 illlik Məşrutə inqilabının təcrübələrinə, yüz il öncə baş verən Azədstan hərəkatının və 75 il əvvəl təsis olan Milli Hökumətin və ən əsası ictimaiyyun-amiyun təfəkkürünə malik və bütün sınaqlarda başı uca çıxan və bu günə qədər Güney Azərbaycanımızın milli hərəkatının bayrağını çiynində daşıyan yeganə təşkilatdır.

Əziz həmvətənlər!

Biz-Şimali Amerikada yaşayan firqəçilər ADF-nin rəhbərlərinin göstərişi əsasında fəaliyyət edirik, bu seçkilərə münasibətimiz də həmin qurumun mövqeyini əks etdirir. Müsbət haldır ki, təşkilatımızın saytı vasitəsi ilə Azərbaycan Demokrat Firqəsinin fəaliyəti, İranda və Güney Azərbaycanda baş verən hadisələrin mahiyyəti barədə müntəzəm informasiyaları və analtik yazıları oxuyur və təhlillər aparırıq. Bu sahədə firqə rəhbərliyinin, xüsusilə ADF-nin Avropa və Şimali Amerika Komitəsinin gördüyü işləri təqdirəlayiq hesab edirik. Biz də ADF-nin bəyanatını rəhbər tutaraq Vaşinqtonda yaşayan firqəçilər də prezident seçkilərin boykot edirik. Səbəb aydın və aşkardır.

Bəhmən inqilabından 42 il keçsə də, 12 prezident seçkisinin heç biri Güney Azərbaycanımıza xeyir gətirməyib. Heç bir fərman xalqımızın xeyrinə icra edilməyib. Hətta əsas qanunun maddələri 42 ildir kağız üstə qalıb. Bu səbəbdən bütün xalqımıza müraciət edərək  yeddi namizədin hər birini boykot etməyə çağırırıq. Biz Amerikada yaşayan firqəçilər ADF-nin qəbul etdiyi siyasi, iqtisadi, fərhəngi və mədəni qanun və bərnamələri həyata keçirtməyə təlaş və mübarizə edirik.

Biz istəyitik ki, Cənubi Azərbaycanın bütün şəhərlərində azərbaycansevərlər seçilsin. Bütün fərmandarları, bəxşidarları, ostandarıları azərbaycansevərlər idarə etsin. Biz istəyirik ki, xalqımız öz sədaqətli övladlarını şəhər şüralarında yerləşdirsin və seçsin. Biz firqəçilər tələb edirik ki, Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və siyasi işləri ancaq Azərbaycan türkünün vasitəsilə həyata keçirilsin və bunun üçün bütün həmvətənlərimizi səfərbər olmağa dəvət edirik.

Azərbaycan Demokrat Firqəsi hələ 75 il əvvəl sübut etmişdir ki, milli təhsili, milli filormoniyanı, milli radio-televiziyanı, milli universiteti, milli ordunu, milli məclisi, milli hökuməti necə qurmaq olar. Bu gün də var gücümüzlə Azərbaycanda türk millətimizə arxalanaraq həmin milli qurumları bərpa etmək üçün mübarizə aparırıq. Biz Azərbaycan Demokrat Firqəsi işsizlərə iş, evsizlərə ev, qadın və kişilərə bərabər hüquqlar, uşaqlara təhsil, kəndlilərə torpaq, bütün fəhlələrə sindikalar və ittihadiyələr, bütün yazıçılara sensurasız kitab və qazet nəşri, bütün Azərbaycan xalqına bəyan azadlığı, söz azadlığı, təşkilat azadlığı və bütün xalqımıza iqtisadi rifah, firavanlıq, təhlükəsizlik, məmləkətimizə abadlıq, model sənayeləşmə, hərtərəfli islahat proqramları üzərində həyata keçirtməyə çalışırıq.

Biz məhbus azərbaycalıların azadlığını tələb edir, İran mərkəzi hökumətini müxtəlif orqanlarını, vətənimizə qarşı, millətimizə qarşı basqılarını və totiələrini məhkum edirik. Biz Şimali Amerikada yaşayan firqəçilər xalqımızı qarşıda olan seçkilərdə prezident seçkilərin baykot etməklə bərabər fürsətdən istifadə edərək öz səlahiyyətli nümayəndələrini bütün Azərbaycan şəhərlərində və Azərbaycan icmalarında seçib və təhkim etməyə dəvət edirik.

ADF-nin Şimali Amerikada yaşayan üzvləri

Şərhlər bağlıdır.