İRANDA SEÇKI QUTULARINI DAŞIYAN VERTOLYOT QƏZAYA DÜŞDÜ

ÖLƏN VƏ YARALANANLAR VAR

İranda prezident və bələdiyyə seçkilərindən sonra səyyar səsvermə qutularını daşıyan vertolyot  qəzaya uğrayıb.

Azerbaycan-ruznamesi.org “İRNA” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölən şəxsin hüquq-mühafizə orqanının əməkdaşı olduğu bildirilir.

Hadisə Xuzestan əyalətində baş verib.

Nazim

Şərhlər bağlıdır.