AZƏRBAYCAN-ERMƏNİSTAN MÜHARİBƏSİ İRANA DÜŞÜB

İİR-İN ERMƏNİSTANA İXRACI 56% ARTIB

Azərbaycan-Ermənistan müharibəsi qonşu İran İslam Respublikasına düşüb. Kütləvi informasiya vasitələrində yayılan məlumata görə İİR bu ölkəyə ixracını 56 faiz artırıb. Bu, qəsbkar ölkənin dəstəklənməsini sübut edən danılmaz rəqəmlərdir.

İkinci Qarabağ müharibəsinin başa çatması ilə statistik rəqəmlər İranın Ermənistana ixracında sıçrayış olduğunu göstərir. Təkcə 2021-ci ilin ilk dörd ayında İranın işğalçı ölkəyə ixracı 56% artıb.

“Borna.news”un verdiyi məlumata görə, Tehran Ticarət İnkişaf Agentliyinin sədr əvəzi deyib: “Bu ilin ilk dörd ayında İranın Ermənistana ixracı 114 milyon dollar qiymətləndirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 56% artım deməkdir”.

İran İslam Respublikası Ermənistanla ticarət həcmini 1 milyard dollara çatdırmaq niyyətindədir.

Tehranla İrəvan arasında ticarət həcminin böyük hissəsi enerji sektorunu əhatə edir. İran hökuməti Ermənistanın ən əsas benzin və yanacaq tədarükçüsü sayılır.

Qeyd edək ki, Qarabağ müharibəsinin başlaması ilə eyni vaxtda, İran erməni tanklarına və zirehli maşınlarına benzin tədarükünü artırmışdı.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.