HƏYƏCAN TƏBİLİ

SOS: ANA DİLİ MƏHBUSU ƏLİRZA FƏRŞİNİN VƏZİYYƏTİ AĞIRLAŞIB

İrandan alınan məlumata görə ana dili məhbusu Əlirza Fərşinin həyatı təhlükədədir. Umid Niayeşin sosial şəbəkələrdə yayımladığı müraciətdə deyilir:

-Əziz dostlar!

Ana dili məhbusu Əlirza Fərşinin vəziyyəti ağırdır, səhhətində ciddi problemlər var.

Əlirza Fərşinin heç bir siyasi fəaliyyəti olmayıb, heç bir qrup və təşkilatın üzvü deyil. Sadəcə və sadəcə ana dilimizin uğrunda çalışırdı. Güney Azərbaycan kəndlərində yaşayan uşaqlara türkcə kitablar aparırdı. Kitabxanalar yaratmağa çalışırdı. Məhz buna görə,  bu qədər təqibə və əziyyətə məruz qalıb.

Lütfən həbsxanada undulmasına, unutdurulmasına imkan verməyək, onun səsi olaq!

Azerbaycan-ruznamesi.org: İranda Əlirza Fərşi kimi heç bir siyasətlə məşğul olmayıb ana dili ilə bağlı aktiv fəaliyyət göstərən gənclərimiz az deyil. Rejim bunu da onlara çox görür, təzyiqlərə məruz qoyur, həbsə atır, haqq yolundan çəkindirməyə çalışır. Hesab edirik ki, Ə. Fərşinin həbsi hakimiyyətin bu istiqamətdə də çoxsaylı haqsızlıqlarına daha bir nümunədir, bitib-tükənəcəyinə isə ümid yoxdur.

Azərbaycan Demokrat Firqəsi milli hüquqların bərpası naminə həyatını təhlükəyə atan hər bir şəxsin daim yanındadır. ADF bu mübariz insanların dərhal azad olunmasını, onlara qarşı təzyiqlərə son qoyulmasını tələb edir.

Şərhlər bağlıdır.