EYNİ GÜNDƏ DOĞULANLAR: BİRİ PREZİDENT, DİGƏRİ BÖYÜK SƏNƏTKAR

BİRİNDƏN SİTAT, DİGƏRİNDƏN VİDEO GÖRÜNTÜLƏR

Onların hər ikisi eyni ayda və gündə dünyaya gəlib. Hər ikisini oxşar tale birləşdirib-xalqının azadlığı uğrunda mübarizə. Biri təqiblərlə, həbslərlə üzləşib, lakin amalına sonadək sadiq qalıb. Nəhayət meydan hərəkatının, azadlıq uğrunda mübarizənin lideri kimi mübarizəsini qələbə ilə başa çatdırmağı bacarıb. Azərbaycan Respublikasında ilk demokratik seçkidə prezident seçilib. Bu illərdə həyata keçirilən mütərəqqi islahatları ilə tarixdə qalmaq hüququ qazanıb. Bu Əbülfəz Qədirqulu oğlu Əliyevdir-Elçibəydir. Cəmi 62 il ömür sürmüş, tarixdə əbədi qalacaq şəxsiyyət-Əbülfəz Elçibəy.

Digəri müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banilərindən biri  sayılan Səməd İzzət oğlu Behrəngi. Cəmi 26 il ömür sürəsən, xalqın səni bu qədər sevə və hakim dairələrin bu şöhrətin daha da artacağından lərzəyə gələrək həyatına sui-qəsdlə son qoyalar, əlbəttə bu təsəvvürəgəlməz bir ucalıqdır.

İndi isə gəlin Əbülfəz Elçibəyin bir sitatını oxuyaq, Səməd Behrəngi barədə hazırlanan videoya tamaşa edək.

Cavanşir

 

Əbülfəz  Elçibəy deyib:

 

SƏMƏD BEHRƏNGİNİN ANIM GECƏSİ – VİDEO

Şərhlər bağlıdır.