İRANDA YAŞAYAN QEYRİ FARS MİLLƏTLƏR NƏ ETMƏLİDİ

Müəllif: Abdulla Əmir Haşimi Cavanşir
Tarix: 26 tir 1400-cü il (17 iyul 2021- ci il)

 

İran adlanan coğrafi məntəqə çox millətli bir ölkədir. Azərbaycan türkü, türkmən türkü, qaşqaylar, xələclər, ərəblər. bəluclar, kiləklər, kürdlər və farslardan ibarət 80 milyonluq bir əhaliyə malikdir. Sabiq xarici işlər naziri Müttəki Türkiyədəki çıxışına əsasən 47 % türk soyludur demişdi. Məşrutə inqilabı 116 il öncə Məmaliki Məhruse Qacarda həmin etnik qrupların milli və özünü idarə etmə məsələsininin həlli yolunda əsas qanununda əyalət və vilayət əncömənlərini nəzərə almaqla, Azərbaycanda, Əl-Əhvazda (Ərəbstanda), Bəluctanda və Xorasanda həyata keçirtməklə düzgün həll yolunu göstərmişdir. Ancaq istimarçıların nökəri olan Rza şah Pəhləvi 3 isfənd 1299-cu ilin isfənd çevrilişi ilə məşrutə inqilabının əsas qanununu qapadıb və məşrutə inqilabının müəllifi olan Qacar sülaləsini sürgünə göndərdi. Pəhləvi rejimi İranda istibdada, diktatorluğa, daxili və xarici istemarçılarla bərabər bir şovinisti hökumət təməlləri qoydu ki. Onunla qeyri fars millətlərin təbii hüququ pozulmuş, bir millət, bir dil, bir dövlət sistemi yaratmaqla fars millətinin işğalçılığını , zülmünü və digər millətlərin dillərin, adət-ənənələrin, tarixlərin və təbii hüquqlarına qadağa qoymaqla onları asimilasiya və əritmə siyasətinə məruz qoymaqla ayrıseçkilik, rasisti, şovinisti siyasətini ölkədə icra etmişdir. Bu günədək 1979-cu ilin inqilabı baş verməsinə rəğmən həmin irqiçilik siyasəti davam edir. Bir sözlə desək qeyri fars millətlər öz doğma vətənlərində, biganə və  öz dillərindən məhrumdular. Özlərini idarə etmə, yeraltı-yerüstü sərvətlərinə sahib olmaqdan və  hətta öz sinfi və milli hüquqlarını əldə etmə uğrunda etiraz etmək haqqlarından da məhrum ediliblər. 100 ildən artıq ki, bu siyasət davam edir. Zidd istibdad 1979-cu ilin inqilabı baş verdikdə elə təsəvvür edilirdi ki, yeni hakimiyyətə gələn din xadimləri, həmin siyasətə son qoyacaqlar. Onlar islam dinini ədalət dini, azadlıq dini və insana ən yüksək qiymət verən bir din kimi təbliğ edirdilər. lakin çox çəkmədi bunların əksi üzə çıxdı. 1980-ci ildə Təbriz və digər şəhərlərdə minllərlə insanın tələbləri rejimin top-tüfəngi ilə qarşılandı. Həmin hadisə həmin ildə ərəblərin yerləşdiyi Əhvazda təkrar oldu. Timsar Mədəninin vasitəsilə ərəblərin təşkil etdiyi mədəni ocaqlar dramadağın edildi. Onlarla nəfər qətlə yetirildi. Yenə də həmin hadisə həmin ildə Türkmən səhrada baş verdi. Türkmən tərəfindən təşkill olunan kopirativləri və mədəni ocaqlar rejimin silahlı qüvvələri tərəfindən dağıdıldı. Türkmənlərin Tumac  kimi igid övladları öldürüldü. Bir sözlə  desək bəlucların da başına eyni oyunlar açıldı. Dəfələrlə türklər, ərəblər. bəluclar, kürdlər və türkmən xalqları öz milli və sinfi hüquqları üçün istək ortaya qoyularsa cavab ancaq güllə, top tüfəndən başqa bir cavab alınmır. Ən son hadisə bu ilin 15 iyulunda Əl-Əhvaz ərəblərinin bir neçə şəhərlərində susuzluğa qarşı etirazları İran rejiminin silahlı qüvvələri ilə   üzləşməsinin şahidiyik. Sual bundan ibarətdir ki,  İranda yaşayan qeyri fars millətləri nə etməldirlər ki, milli, mədəni.sinfi hüquqlarını əldə edə bilsinlər. İllərdi ki, bu sual qeyri fars ziyalılarını və təşkilatlarını düşündürür və yolllar axtarılır. Bunun üçün toplantılar, konfranslar keçirilir. Əlbəttə ölkə daxilində konfransların keçirilməsi mümükün deyil. Lakin Avropa və Amerikada yaşayan Azərbaycan türkləri, digər qeyri fars millətlərlə yığıncaq, debatlar təşkil ediblər. Azərbaycan Demokrat Firqəsinin iştirakı ilə Amesterdamda Kopen Hagendə, Oslovda, Londonda, Stokolmda bir neçə konfranslar ərəblərin. Azərbaycanlıların, kürdlərin, bəlucların və türkmənlərin milli təşkilatları, o cümlədən Azərbaycan Demokrat Firqəsinin təmsilçiləri iştirak edib məsələnin çıxış yolu barədə məruzə etmişlər. həmin konfranslarda mərkəzi hökumətin din bayrağı altında şovinisti siyasəti, irqiçiliyi, panfarsist və paniranisti siyasətləri ifşa edilmişdi. Eyni zamanda qeyri fars millətlərin vətənlərinin yeraltı, yerüstü sərvətləri mərkəzi hökumət tərəfindən qarət edildiyi qınanmışdı. Qeyri fars millətlərin tarixləri, mədəniyyətləri fars xalqının hesabına yazılması müsadirə edilməsi pislənilmişdi. Qeyri fars millətlərin vətənlərinin kənd, şəhər, çay, dağ, bitki adlarının farslaşdırılmasına etiraz edilmişdi. Qeyri fars millətlərin vətənlərində iş bazalarının yaradılmamasına, yerli əhalinin işsizlikdən köçürülmə prosesinə etiraz edilmişdir. Bir sözlə desək həmin konfransların qətnamələrində, mərkəzi hökumətə qarşı mübarizə aparmaqda birlik, anlaşmalar məsələsi təkilif olunmudur. Bu gün ərəblər iyul ayının 15-də vətənlərində susuzluğa qarşı mübarizə aparırlar. Onlar haqlı olaraq deyirlər bizim vətənimizin yeraltı sərvəti olan millayrlarla kub, nefti, qazı daşıyırsınızsa, heç olmasa onun yerinə bizə bir içim su verin. Nəisə mərkəzi hökumətin qulağı bu haqlı hayqırtılara kardı ki, kardı!

Şərhlər bağlıdır.