ƏRƏB ƏL-ƏHVAZ HAQQINDA MÜSAHİBƏ

Müəllif: Abdulla Əmir Haşimi Cavanşir
Tarix: 2 mordad 1400-cü il (24 iyul 2021 ci il)

 

ATN-nin aparıcısı Rza bəy Talıbi:

Dəyərli izləyicilər və dinləyicilər. canlı yayımımız davam edir. Bildiyiniz üzrə keçən günlərdə Əhvaz bölgəsinə ərəb xalqının üsyanları başlamışdır. Bu üsyanlarının təməli sususuzluq olsa da ordakı gedən təbizlər diskrimnasiya çərçivəsi içərisində olmuşdur. İllər boyudur ərəblərə necə ki, azərbaycan türklərinə basqı və təzyiqlər vardir. Səbəb oldu ki, bu qabaq partlasın və ərəb xalqı xiyabanlara və küçələrə tökülsün. Əl-Əhvazda, Mühəmmərədə, Fəllahiyyədə və fərqli-fərqli bölgələrdə ərəblər öz etirazlarını bildirmişlər ki, bunun üzərinə təəssüflə 9 ölü ərəblərdən olmuşdur. Ölənlərə başsağlığı diləyirik. Onun yanıda da bilirsiniz ki, Azərbaycan türkləri hər zaman İran platosunun içərisində sonluq olduğundan dolayı yolla deməli böyük qardaşlıq rolunu ifa etməyə çalışmışdır. Öz qayğıkeşliliyini onlara bəlli etmişdir. Təəssüflə demək olar ki, İranın səda və siması və mediyaları bunların heç birin doğru düzgün monitor etməmək nədəni ilə xaricdəki olan mediyalar özəlliklə Cənubi Azərbaycana bağlı olan mediyalar çalışıblar ki, bu məlumatı xalqımıza çatdırsınlar. İndi isə növbəti qonağımız hörmətli Abdulla Əmir Haşimi Cavanşir Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu bizimlə bərabər olacaqdı. Qonağımızı salamlayıb ondan sonra verlişimizə davam edəcəyik. Abdulla bəy çox xoş gəlmisiz verlişimizə.

Abdulla Əmir Haşımi:

Xoş gününüz olsun cənab Rza bəy Talıbi mən də sizin dəyərli tamaşaçıları salamlayıram. Bu dəyərli vaxtınızı sizinlə bərabər, kolektivinizlə ən mühüm məsələyə həsr etdiyiniz üçün öz növbəmdən də Azərbaycan Demokrat Firqəsi tərəfindən də təşəkkürümü bildirirəm.

Sual: Çox sağ olun. Abdulla bəy bildiyiniz kimi bu aksiyalar başlandı ərəb bölgəsində nədənləri su məsələləri, elektrik kəsintiləri, ekonomik problemləri, işsizlik, eyni şeylərdə Cənubi Azərbaycanın şəhərlərində keçirdi. Necə ki, ərəb bölgəsi həm su qaynaqlarında, həm mədəni,həm petrol, neft qaynaqlarında çox zəngindi eyni zamanda da Azərbaycana keçirilirdi. Azərbaycan İran platosunun içərisində yeraltında qaynaqlarında birinci sıradadır. Ekonomiki baxımında təbii ki, nə qədər də basqılar oldusa Təbrizin çox önəmi vardı. Təbriz 28 ci ekonomi əhəmiyyətli olan şəhərə düşübdü. Çaylarımız quruyub zəhərlənməkdədi. Meşələrimizi, ormanlarımızı talanlayıb aparırılar. Sizcə bu gedişat belə davam edərsə Azərbaycanda da belə aksiyalar olacaqmı, olmayacaqmı sizdən eşidək.

Cavab: Rza bəy siz düz buyurduz 15 iyuldan Əhvaz xalqının etirazları bütün şəhərlərinə gedib. Hətta Cavarda və onun ətrafında olan xalqları da əhatə edib. Susuzluq məsələsindən məsələ başlandı. Amma məsələ bundan da çox dərindi. Bu günləri İran İslam Respublikasının daxili siyasəti, xüsusən iqtisadi siyasətində su məsələsində vərşikəstliyə (iflasa) muncər olması (uğraması), sadəcə yay ayının, istinin suyu ilə izah edilmir, bəlkə İran İslam Respublikasının Pəhləvi rejimindən irs apardığı, qeyri fars millətlərə bir ayrıseçkilik siyasətini bu günədək bilərək projelər formasında tətbiq etməsindən gəlib bu günə çatıbdı. Bu günləri bu siaysətin nəticəsi və  təzahürünü su qıtlığında,  eko sistem dəyişikliyində və təkcə ərəb Əhvazda yox, bəlkə Sistan, Bəlucstan, Azərbaycan, Türkmənsəhranı və digər vilayətləri də əhatə edib. Təbii ki, burada  İran İslam Respublikası daha bundan yaxa qurtara bilməyəcəkdi. Səbəb ondan ibarətdi ki, su daha tapılmır. Həm kənd təsərüfatına, bilərək şirin suları yönlədib, fars şəhərlərinə Məşədə, Yəzdə, Quma İsfahana yönəltməsi, içmə suları sənəti zavodlara məsrəfləşdirməsi, böyük bir orda təhcizat aparması, məsələn İsfahanda, Mübarəkədə sement zavodları,  Zobahən zavodları (dəmir əridən), böyük sərmayə qoyublar. Bunlara su məsrəf eləyəcəklər. Yəni İran İslam Respublikası eliyə bilməyəcək qurduğu səfv və bilərək və ya bilməyərək, böyük ixtilas səbəbindən, fəsat səbəbindən və yaxud şovinisti projelər əsasında bunu geri çevirsin. Ona görə ki, bu günləri Əl-Əhvaz şəhərlərində su olmadan məcburdular orda ərazi boşalsın, əhali ordan köçürülsün. Gəlib fars şəhərlərin haşiyəneşinlərini təşkil etsin. Bu proseslər Azərbaycana da aiddir. Azərbaycanda su qıtlığı Urmu dənizin qurudur, meşələri kəsirlər, ağacları kəsirlər, yeraltı-yerüstü sərvətləri talayırlar. Hamısın  yönlədirlər fars mərkəzli şəhərlərə və bu əmdi və bilərək bir siyasətdi. Ona görə ki, oraları sərvətləndirsinlər, əhalini köçürsünlər  və bununla bizim vətənimizi zəmini suxtəyə (quraqlığa) çevrilsin. Yəni qeyri fars millətlərin  əraziləri əlindən çıxsın, əvəzində farslara qalsın. Farslar orada yeraltı sərvətləri rahatca qarət etsinlər. bu quraqlıqlarda və zəmini suxtədən yerli əhali və məzlum camaat işsiz, yaşayışsız  qalaraq oralardan köçürülsün. Amma farslar yenidən oranı daha rahatca özlərinə yataq mədən yerləri kimi mənimsəyib istifadəyə versinlər. Bu siyasətdən dönüş İran hakimiyyətində olan qüvvdən səs-soraq yoxdu. O cümldən təssüflər olsun bu günkü hakim rejim də  heç bir bərnaməsi yoxdu. Hakimiyyətin üsulgərası da, onun islahatçısı da, epozisiyonları da hamısı farsgəra, İranşəhri, arya tərəfdarısı, paniranistlər,  öz xülyalarıla yaşayırlar. Deməli İranda gələcəkdə ancaq və ancaq qeyri fars millətlərin, o cümlədən, ərəblər, türklər, bəluclar  mübarizə etməli, bu irqiçi sistemi, mərkəzgəra sistemi, istibdada söykənən, diktatora söykənən sistemi dayandırmalıdırlar.  Onu Stop eləyib və özlərinin müşarikətlərini təmin etməli və bununla eliyə biləcək təkcə iqtisadi nöqteyi nəzərdən yox, bəlkə siyasi, mədəni, və  eitim haqqlarını əldə edə bilərlər. xatırladaq ki, İranda yaşayan qeyri fars millətləri heç bir siyasi, idari və icrai haqlarına,  milli hüquqlarına malik deyillər. Keçmişdə olan nə əllərində var idi hamısı insani qüvvə, mədəni sərvət, tarixi hökmlər hamısı fars şovinisti rejim vasitəsilə müsadirə olunub. Bu dözülməzdi! Buna təbii ki, azərbaycanlılar da bu gün etirazlara qoşulacaq. Düzdü bu etirazlara qoşulma ərəb xalqını təkcə humanisti dəstəkləmək deyil, təkcə onlarla bir dini qardaşlıq qayğısı göstərmək deyil. Bəlkə birgə taktiki və strateji yol yoldaşlığı kimidi. Ərəblərlə biz min illərlə yaşamışıq və bundan sonra yaşacağıq. Biz bərabər hüquq bir sistem qurmalıyıq. Onlarla bizim aramızda iqtisadi, fərhəngi və siyasi düzgün əsasda dünya miqyaslarına uyğun olaraq, beynəlxalq hüquqlara münasib olaraq qrumlar yaranmalıdı. Biz buna qeyri fars, zülm altında yaşayan, qeyri fars millətlərin  konfedrasiyonunu təklif etmişik.   Biz fəallar o cümlədən Azərbaycan Demokrat Firqəsi 20-30-il bundan qabaq ərəb fəalları ilə əlaqəyik. O cümlədən cənab Yusif Əzizi Bəni Türflə, Əhməd Mahmudla Londonda, Əbu Şərif ilə onların təşkilatları ilə Kanada da, Kərim Əbdiyan  Amrerikada, bahəm həmfikir, fikirdsaşlıq aparırıq nəyə görə, ona görə ki, bu şovinisti hərakatı dayandıra bilək və iki xalqlar arasında düzgün münasibətləri, daxili və xarici siyasətdə həmahəngləşib regionda birgə sülh və inkişaf, mütərəqqi dünya ilə inteqrasiya sisteminin bizdə iştirakçısı  olaq. Buna Azərbaycan Demokrat Firqəsi vaxtında 75 il bundan qabaq diqqətlə mütəvəcceh olmuşdu. Firqə  Pəhləvi rejimini kudita 3 esfənd 1299 cu kutitasının siyasətinə dur deyə, milli hökumət qurdu. Təəssüflər olsun ki, o dövrdə bu hökuməti qanda boğdular. Lakin bu günə qədər bu mübarizə davam edir. Bu günləri digər xalqlar da  bu şovinsti siyasətə, həm irqçiliyi həm siyasi sahədə həm milli sahədə başa düşüblər. Ümid edirik ki, biz birgə mübarizə ilə, bu günləri də azərbaycanlılar həmbəstəliklərin elan ediblər. çalışılmalıdı  birgə platformaları ilə, birgə əməkdaşlıqları ilə, diqqətli bərnamə ilə eliyə bilək. bacaraq biz bu xaniman bərəndaz gedişatı dayandıraq. Öz insani və milli, sinfi hüquqlarımızı əldə eliyə bilək. Mən Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr məsulu bir daha sizə təşəkkürümü bildirirəm. Mərkəzi komitəmizin bəyanatı olub. Onları da ərəblərə xitab edib göndərmişik.

Sizə də burda bu günləri deyirik çox sağ olun ki, sizin bu müqəddəs mübarizə işinizdə çox önəmli bir vəzifə daşıyırsız. Sizə uğurlar arzulayıram. Ərəb xalqına da həmçinin. Azərbaycanın da, öz xalqımızın da uğurlarını diləyirəm.

Çox-çox təşəkkür edirəm hörmətli Abdulla Əmir Haşımi bizim dəvətimizi qəbul etdiyiniz üçün minətdaram. Çox sağ olun.

Dəyərli izləyicilər bizimlə bərabərdi Abdulla Əmir Haşımi. Azərbaycan Demokrat Firqəsinin beynəlxalq məsələlər  üzrə məsulu.     

Şərhlər bağlıdır.