Azərbaycan Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsində iştirak edir.
3 gündür ki Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub, bəzi ərazilərdə yanğınlar hələ də davam edir.
Yanğının ən çox sıx olduğu Antalyanın Manavgat şəhərində 3, Marmaris şəhərində 1 nəfər ölüb. Antalyada yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib.
Rəsmi açıqlamalara görə, meşə yanğınlarının 43-ü nəzarət altındadır, 20 yerdə yanğın davam edir.
Şərhlər bağlıdır.