ƏL-ƏHVAZIN SUYUNU VƏ SƏRVƏTİNİ YEYƏN CANAVARLAR

Abdulla Əmir Haşimi Cavanşir
3 mordad 1400-cü il (25 iyul 2021 ci il)  

Əl-Əhvaz əyalətinin hər tərəfli böhranının kökləri 3 isfənd 1299-cu il Rza şah Pəhləvinin çevrilişindən başlayır və bu günə qədər də davam edir. Ərəbstan əyaləti olan muxtar əyalət kimi Məmaliki Məhruse Qacarda normal yaşayırdı. Məmləkət sünnəti federal  kimi idarə olunurdu. Rza şahın çevrilişdən sonra adı Xuzistana dəyişilir, əhalinin dili qadağan olunur  və sərvətinin talanması başlanır. 100 ildi ki. ərəb Əl-Əhvaz milləti  Azərbaycan türkləri kimi şah və şeyx istibdadına, diktatorluğuna,  şovinistliyinə, irqiçiliyinə məruz qalır. Şəhərlərin, kəndlərinin adı dəyişilir. Belə ki, bu gün qədim Ərəbstan, ərazisi quraqlığa çevrilir və əhalisi ordan köçməyə mərcbur qalır.

Əziz oxucular! Bu gün biz ərəb Əl-Əhvaz əyalətinin 15 iyul üsyanının səbəblərinin ancaq bir məqamından söhbət edirik. O da su böhranıdı. Su böhranını hələ 1943-cü ildə özünü büruzə vermişdir. Karun çayının qollarından İranın mərkəzi fars şəhərlərinə köçürlmə layihələri  o vaxtdan başlanır. Təbii olaraq Karun çayının suyu İsfahana, Yəzdə, Kirmana, Quma və Simnana köçürülməsi Əl-Əhvazı susuz qoyacaq idi. Layihələrdə fars əhalisini məqsəd içməli su ilə təmin etmək deyil. Əsas məqsəd 1-ci mərkəzi əyalətləri və fars vilayətlərinin kənd təsərüfatı sənaye ehtyaclarını ödəməkdi. Onlarla birlikdə səhranın yaxınlığında adı çəkilən vilayətlərin düyü kimi məhsulların əkmək və polad, mis, çini, gramika, sənayesinə su tədarükü təmin etmək olmuşdu. İsfahan, Kirman, Yəzd, Qum, Simnan kimi vilayətlərinin, Əl-Əhvaz vilayətini məhv etmək bahasına çiçəklənməsi bu vilayətləri bədənində və başında duran fars,  irqçi hökmdarların  və prezidentlərin sayəsində baş vermişdi. Pəhləvi  dövrünü hələlik nəzərdə almasaq Kirmanlı  Haşımi Rəfsəncani, Yəzdidən Məmməd Hatəmi, Simnandan Mahmud Əhməd Nejad və Həsən Ruhaniin vaxtilə prezident dövrlərində gördüyü işlərdən danışmaq olar.  Polad, neft-kimya, buxar elektrik stansiyaları, kiramika, kərpic sənauysi kimi böyük su əsaslı sənaye sahələrinin inşasında iqtisadi əsas yoxdu. Çünki suyun qiymıəti məhsulunun özündən daha yüksək olan susuzlaşdırma məhsulları,  səhv bir hərəkətdir. Bu iş bilərək olursa xəyanət və şovinisti daha səhv hərəkətdir.

Aşağıdakılar Cumhuri İslami prezidentlərin dövründə qurulmuş səhra (Kəbir) vilayətində su əsaslı sənayelərə aiddir. İndi sizə bir neçəsinin adlarını qeyd edirik.

  1. İsfahan vilayətinda polad əritmə sənayeləri: Polad mübarəkə, polad kuhpayə,  polad mahan sipahan,  polad sazan cəm,  polad oştercan,  polad dor, tolid polad İsfahan, şirkət ahən və polad,  polad reyl qatar. polad mahan tuba11.  polad arad, polad tuka, şirkət İran zob.
  2. İsfahanda petro kimya sənayeləri: Muştame petro kimya, şirkət palayeş neft, şirkət sipahan, neft sipahan, şirkət petro kimya sahamdar şirkəti,
  3. İsfahanda kambinə edilmiş elektrik stansiyaları: Ərdəstan elektrik stansiyası, zəvarə elektrik stansiyası, Məmməd Müntəziri elektrik stansiyası, İsfahan elektrik stansiyası.
  4. Kimranda polad sənayesi: Kirman polad sanaye, Sircan polad sənaye, birləşmiş polad zavodları, Kirman bordisir poladı, Butya polad zavodu, Kirman bordisir armatur zavodu.
  5. Kimranda petro kimya sənayesi: Rəfəncan fəcr petro kimyası, Kirman böyük petro kimyası,
  6. Kimranda elektrik stansiyaları: Bağın elektrik stansiyası, Rəfcəncan elektrik stansiyası, Cirovt elektrik stansiyası.
  7. Yəzdə polad sənayesi: Ərdəkan Birləşmiş böyük polad zavodları, Ərfə dəmir və polad zavodları, Yəzd polad sənaye qrupu, Sərmər əbərkuh polad və dəmir sənayesi, Bask polad və dəmir sənayesi, Qədri polad və dəmir sənayesi, Yəzd polad nəvərdi, Yəzd polad ərintisi zavodu,
  8. Yəzdə petro kimya sənayesi: Qain, Əbərku, Meybəd, petro kimya zavodları,
  9. Yəzdə elektrik stansiyası: Fərab elektrik stansiyası, Şirkuh elektrik stansiyası.
  10. Qumda polad sənayesi: Məsiha polad zavodu, Dəqiq polad əritmə zavodu. Qərbasiya polad zavodu, Viyan polad zavodu, Qum polad vərəqi istehsalı zavodu. Göstər polad zavodu, Sələfsəqan polad zavodu.
  11. Qumda petro kimya sənayesi: Qum artan petro Keyhan sənayesi, Böyük petro kimya birləşməsi, Oyldaq kimya sənayesi, Sayna neft ayırma zavodu, Şikuhiyyə kimya zavodu.
  12. Qumda elektrik sstansiyaları: Səba elektrik stansiyası, Qum elektrik stansiyası.
  13. Simanda polad sənayesi: Simnan polad zavodu, Simnan polad dünyası, Simnan vərəq zavodları, bariz polad birləşmələri, damğan polad səhrası, Simnan isti vərəq şirkəti, Siman fəcr polad şirkəti, Növin polad şirkəti, Dana polad şirkəti. Şahrud polad şirkəti, Nəvərd polad şirkəti.
  14. Simnanda petro kimya sənayesi: Simnan karbonat şirkəti, Mirvari petro kimaysı, enerji petro kimyası.
  15. Simanada elektrik stansiyaları: Qüds elektrik stansiyası, şəhid bakiri elektrik stansiyası. Simnan elektrik stnasiya birləşmələri.

İndi sözü gedən 5-ci prezident dövründən bu günə qədər bu su əsaslı, sudan asılı olan sahələrinin tələb olunan suyunu təmin etmək, həmçinin səhra (Kəbir) vilayətində əkinçiliyinin çiçəklənmısi üçün bir çox su anbarı Kərxə, Karun çaylarının üzərindən bəndlər qurulur. Bu bəndlərin  bir neçəsinin adları:

  1. Parsel bəndi, Lütvənd bəndi, tşan bəndi. deyz bəndi, dehno hindican bəndi, ramhormoz bəndi, səptun bəndi, həfkil bəndi, 1-ci karun bəndi, şohəmid bəndi, cəhriyə bəndi, 3-cü karun bəndi, kərxə bəndi, kəltəndir bəndi, marun bəndi, Məscid Süleyman bəndi,Vəliəsd bəndi, 2-ci kərxə bəndi, Behiştabad bəndi, 3-cü Kuhrəng tunel bəndi

Su tunellərinin adları:

  1. 1-ci Kuhrəng tuneli, 2-ci Kuhrəng tuneli, 3-cü Kuhrəng tuneli, (bunlar İsfahana su daşımaq üçündür), 1-ci Gülab tuneli, 2-ci Gülab tuneli (bunlar Rəfsəncanın püstə bağları üçündür), Qum üçün tunel qazıntısı orta Doğunun ən böyük tuneli hesab edilir.

Qum çayının transfer planı. Dəlican Əli Qudərzdəki qollardan biri olan və ən yaxşı sularından biri olan orta şərqin ən böyük köçürülmə layihəindən biridi. Bu layihə Qum, Savə, Sələfçəqan, Qulpayəgan, Xumeyn, Məhallat daxil olmaqla 10 şəhər və 30 kənd içməli su kənd təsərüfatı və sənayisi üçündür. Xatırladaq ki, yuxarıda gördüyünz ancaq polad zavodların nəzərə alsaq 50 dəfə Cənubi koreyanın polad zavodlarından sayı çoxdur. Lakin bütün İran polad zavodlarının istehsalı Cənubi koreyanın istehsal etdiyi poladın 3 faizi qədər də deyil. Deməli polad sənayelərinə qoyulan xərclər xərci borcunu ödəmir. Polad zavodları üçün alınan pullar oğurlanıb xaricə daşınır. Kimsə bu hesab – kitaba fikir vermir. Xalqı da bu işlə nəzarət üçün yaxına buraxmırlar.  Həmçinin petro kimya, elektrik zavodları, su bəndləri hamısı eyni qaydadır. 2-ci əsas məsələ də bundan ibarətdir ki. Qeyri fars millətlərin əraziləri, vətənləri quraqlığa çevrilsin, onları köçürdüb əllərindən alsınıar. Bu  kimi mərkəzi hökumətin siyasəti  15 iyul ərəb Əl-Əhvaz və 2 mordad türk Azərbaycan xalqının qiyamlarına gətirib çıxartdı.

Şərhlər bağlıdır.