VİDADİ MUSTAFAYEV YAZIR:

İRAN AZƏRBAYCANDA “QARA İŞİNİ” DAVAM ETDİRİR

İran daxili vəziyyətinin xarakterindən asılı olmayaraq, qonşu müsəlman ölkələrində “İran islamını ” təbliğ etməkdə, yerli islamist qüvvələrlə əlaqələrini genişləndirmək və dərinləşdirmək, onlara dəstək siyasətini davam etdirir. İran leqal formada bunun üçün adətən İslamla, xüsusən onun məlum qoluilə bağlı tarixi hadisələrə və nadir hallarda İran və ilk növbədə fars mədəniyyət xadimlərinə həsr olunan mərasimlərdən istifadə edir.

İran saytında verilən məlumata görə İranın Azərbaycanda səfirliyinin Mədəniyyət mərkəzi bu gün öz mədəniyyət salonunda “Qədir xum” bayramı qeyd olunub. Mədəniyyət mərkəzi bayramdan əvvəl məcazi məkanda “Qədir xum” adlı yarış (viktorina) keçirib və iki gün ərzində yarışda 600 nəfər iştirak edib. Mərasimdə İran nümayəndələrindən əlavə Azərbaycan nümayəndələri, o cümlədən, Azərbaycan İslam partiyası (1995-ci ildə qadağan edilib) Qadınlar Şurasının sədri Növrəstə İbrahimova çıxışı səslənib. Azərbaycan dini musiqi qrupu və tanınmış əhli beyt şairləri ürək sözlərini söyləyiblər. çıxış ediblər. Səfirliyin Mədəniyyət mərkəzi özünün facebook və instaqram səhifələrində mərasimi canlı yayımlayıb. Bununla kifayətlənməyərək, mərkəz qeyd olunan hadisəyə həsr olunmuş məqalə hazırlayaraq bəzi yerli media vasitəlırində cap etdiriblər.

İranın Azərvaycanda səfirliyinin keçirdiyi bütün mərasimlər İslamın, İran mədəniyyətinin təbliğinə deyil, ilk növbədə İranın hazırki siyasi sisteminin (teokratiyanın) təsirini yaymaq məqsədinə xidmət göstərib.

Şərhlər bağlıdır.