BAYDENİN KUBA HAKİMİYYƏTİNƏ QARŞI YENİ SANKSİYALAR TƏTBİQİ

Azerbaycan-ruznamesi.org Azerbaycan24.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden rəsmi Vaşinqtonun dövlət əleyhinə çıxışların iştirakçılarına qarşı hərəkətlərinə görə Kuba hakimiyyəti ilə bağlı sanksiyaları genişləndirəcəyini istisna etməyib.

“Əgər Kubada hansısa radikal dəyişikliklər olmasa, onlar (sanksiyalar – red) daha çox olacaq”, – Ağ Ev rəhbəri ABŞ-da Kuba diasporunun nümayəndələri ilə görüşdə Birləşmiş Ştatların Havanaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi barədə suala cavabında deyib.

Dövlət başçısı bununla yanaşı qeyd edib ki, Kubada radikal dəyişikliklərin baş verəcəyini gözləmir.

Bayden əlavə edib ki, onun administrasiyası “rejimin vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər” barəsində sanksiyalar tətbiq etməyə davam etmək niyyətindədir. ABŞ rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar Kuba xalqına ölkə rejiminə qarşı fikrini bildirmək və təzyiqi gücləndirmək üçün dəstək naminə müvafiq hərəkətlərə təşəbbüs göstərir.

 

Şərhlər bağlıdır.