İRANIN BU GÜNDƏN SONRAKI TARİXİ…

2021-ci ilin 3 avqust tarixində İranın ali dini lideri Ayətulla Seyid Əli Xamenei İbrahim Rəisinin prezident kimi fəaliyyətə başlaması üçün fərmanını verdi. Amma korona səbəbilə ali dini liderin əlini öpə bilmədiyinə görə İbrahim Rəisi dərin təəssüf hissi keçirdiyini bildirdi.

2021-ci ilin 5 avqust tarixi Prezident İbrahim Rəisinin inauqurasiya günüdür. Tehran səmasındakı bütün uçuş zolaqları bağlı olacaqdır…

Amma bu mərasim İranın Tehran, Xuzistan, Təbriz və İsfahan kimi şəhərlərində, Kanadanın paytaxtı Torontoda və Avropanın bir neçə şəhərində Xuzistandakı etirazçılara dəstək və həmrəylik nümayişlərinin keçirildiyi bir zamanda baş verəcəkdir. İranın bu gündən sonrakı tarixi belə başlayacaqdır…

S.C.

Şərhlər bağlıdır.