2021-ci ilin yayı – İranda etirazların ikinci həftəsi: Tehran, Təbriz, Kərəc və Kirmanşahda həmrəylik nümayişləri.
26 iyul 2021-ci il tarixində bazar ertəsi günü bir qrup insan Tehranda Xuzistan etirazlarına dəstək olaraq küçələrə çıxdılar. Bir neçə saat sonra Kərəcin Fərdis xiyabanı xuzistanlılarla həmrəyliyin şahidi oldu. Xuzistanın ərəb əhalisi tərəfindən başlayan etirazlardan 12 gün keçir.
Xuzistan məsələsi nə su, nə də İranın digər şəhərlərinin məsələsidir. Hələ də bir-birinə qarışan böyük və kiçik məsələlər var. Bunlar artıq bütün qorxu və repressiyalara baxmayaraq xalq üçün küçələrdə etiraz etmək və tələb etməkdən başqa yol qoymayan məsələlərdir. Məlum oldu ki, indiki vəziyyətdə seçkilərdəki səsvermə qutuları əslən işləmir. Dövlət məmurları yerlərində deyillər və vəzifələrini doğru-düzgün icra edə bilmirlər. Xalqın səbir kasası da artıq dolmuşdur.
İran İslam Respublikasının bayrağı altında yaşamaq ölkənin hər yerində yaşayan insanlar üçün “ümumi ağrı” halına gələn problemlərin yaranmasını şərtləndirdi. Bu ümumi ağrılar hökumətə qarşı bir növ insanlar arasında sosial həmrəylik yaratdı.
Bu səbəbdən də Azərbaycandan Kürdüstana, Tehrandan Xorasana və Lorestana, eləcə də ölkənin digər bölgələrinə qədər bütün xalq Xuzistan əhalisinə dəstək olmaq üçün ayağa qalxdı. Belə ki, Xuzistan hadisələri rejimin törətdiyi qanlı repressiyalar barəsində xatirələrin hələ də xalqın beynindən silinmədiyi bir vaxtda baş vermişdir.
Bu günlərdə İrandakı etirazlar əvvəlcə su, elektrik və yaşayış imkanlarının yaxşılaşdırılması tələbləri əsasında baş vermiş olsa da, su və elektrik enerjisinə olan tələbdən dərhal sonra “Xameneiyə ölüm”, “Mollalara ölüm” şüarları səsləndirildi və bu çıxışlar İslam Respublikasının tamamilə inkarına yönəldi. Bu, artıq legitimlik (qanunilik) böhranı deməkdir.
Bunu da unutmaq olmaz.
S.B.
Şərhlər bağlıdır.