AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTININ İRANA SƏFƏRİ… – MASADA NƏLƏR VAR? – ŞƏRH

Azərbaycan nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter hesabında paylaşım edib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.

Politoloq Sədrəddin Soltan sözügedən səfərə barədə “Sherg.az”a danışdı:

“Bu, işgüzar xarakter daşıyır. Yəqin ki, qarşılıqlı əməkdaşlıqdan danışılacaq. Amma İran səfirinin Azərbaycan- Ermənistan sərhəddinə getməsinin müzakirəyə çıxarılacağına inanmıram. Səfir hökumətinin tapşırığına uyğun olaraq müşahidə keçirib. Uzaqbaşı durbinlə sərhəddə baxıb. Nümayəndə heyətimiz necə deyə bilər ki, o, niyə müşahidə keçirib? Bu, bir az məntiqsiz görünür”.

Şərhlər bağlıdır.