İran avtomobillərinin Laçın dəhlizi vasitəsilə Xankəndiyə hərəkəti, naməlum mənşəli və cidd-cəhdlə gizlədilən yüklərin daşınması Azərbaycan üçün naməlumdur. Bu, Azərbaycanın suverenliyinin, sərhəd toxunulmazlığının və ərazi bütövlüyünün kobud şəkildə pozulması ilə yanaşı, rəsmi Tehranın ölkəmizə aşkar, nümayişkaranə şəkildə sayğısızlığıdır.
Azerbaycan-ruznamesi.org axar.az-a istinadən xəbər verir ki, bu sözlər araşdırmaçı jurnalist Elçin Aloğlunun mövzuya həsr etdiyi geniş məqaləsində əksini tapıb.
Jurnalist bildirib ki, bu yöndən faktlar İranın Azərbaycandakı səfirliyinə təqdim edilsə və açıqlama istənilsə də, səfirliyin cavabı yalnız “araşdırma aparılacaq” şəklində olur:
“Səfirliyin və rəsmi Tehranın “araşdırması” üçün yeni, danılmaz faktları təqdim edirəm: iyulun 11-dən avqustun 8-dək İran İslam Respublikasına məxsus 35 ağır tonnajlı yük avtomobili Laçın dəhlizi vasitəsilə Qarabağa, Rusiyanın sülhməramlı kontingentinin nəzarətindəki ərazilərə tam 70 (!) dəfə giriş-çıxış edib.
Avtomobillərin sadəcə 4-ü yük maşını olub. 31 avtomobil isə iri tonnajlı yanacaqdaşıyan maşınlardır (sistern).
Dəqiq statistikaya gəldikdə isə, iyulun 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31-də, daha sonra avqustun isə 3, 4, 5, 6 və 7-də həmin maşınlar Ermənistandan Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə, Qarabağa daxil olublar, sonra geri qayıdıblar”.
Şərhlər bağlıdır.