MİSİR FİRONU XEOPSA MƏXSUS 4600 İLLİK ABİDƏ KƏNAR YERDƏ

BU BARƏDƏ MİSİRİN TURIZM VƏ ANTİK ƏSƏRLƏR NAZİRLİYİ MƏLUMAT YAYIB

Bildirilib ki, Xeopsun gəmisi Giza piramidalarının yanından bu il açılacaq Böyük Misir Muzeyinə köçürülüb.

Layihənin məqsədi 20 tonluq sidr ağacından ibarət gəminin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.

Gəmin daşınması təxminən 48 saat çəkib.

Qeyd edək ki, qədim Misirdə inşa edilmiş və 1954-cü ildə Giza piramidalarının yerləşdiyi ərazidə tapılan gəminin uzunluğu 43,6 metr, eni 5,9 metrdir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.