KƏLEYBƏRDƏ OLAN SEL DAŞQINININ VURDUĞU 130 MİLYARD TÜMƏNLİK XƏSARƏT

Azərbaycanın Güneyinin Şərq əyalətinin Avtomobil Yolları və Avtomobil Nəqliyyatı Baş İdarəsi xəbər verir ki, son vaxtlar baş verən hadisələr ciddi fəsadlarla müşaiyyət edilmişdir. İlkin hesablamalara görə Kəleybərdəki daşqınlar bu şəhərdəki yollara və texniki binalara təxminən 130 milyard tümən ziyan vurub.

Kəleybər şəhərində çox qısa müddətdə 70 mm yağış yağması selə səbəb olub.

Sel şəhərin Guar, Sohriq, Ərəbşah Xan və Çaykəndi daxil olmaqla dörd kəndində baş verdi və bu hadisədə qaz, elektrik və içməli su ötürücü xətləri də daxil olmaqla infrastruktur obyektlərinə ciddi ziyan vurub.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.