PUTİN TALİBANLA BAĞLI FİKRİNİ DƏYİŞDİ: “TANIMAĞA TƏLƏSMƏYƏCƏYİK”

RUSİYA ƏFQANISTANDA TALİBAN REİIMINI TANIMAĞA TƏLƏSMƏYƏCƏK

Bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib. O, media üçün məlumatında qeyd edib ki, Taliban rejimini tanımaq üçün biz heç yerə tələsmirik. Rejimin özünü necə aparacağına baxacağıq.

  1. Kabulov Moskva ilə Əfqanıstanın yeni rəhbərliyi arasında dostluq münasibətlərinin qurulmasına ümid etdiyini də söyləyib: “Mən təkcə ümid etmirəm, buna əminəm. Necə deyərlər, son illərdə yığılan materiallara əsaslanaraq münasibətləri yaxşılaşdıracağıq”.
  2. Putinin xüsusi nümayəndəsi bu gün Rusiya səfirinin Kabildə Taliban nümayəndələri ilə görüş keçirəcəyini də bildirib.

Onu da deyək ki, bir müddət əvvəl Rusiya rəsmiləri Moskvada Taliban təmsilçilərni qəbul etmişdilər. İndi Putin adminstrasiyasının ehtiyatlı mövqeyə keçməsi suallar doğurur…

Nurlanə

Şərhlər bağlıdır.