Cənubi Azərbaycanın 10 siyasi partiya və təşkilatı 2021-ci ilin yayında Əhvazda baş vermiş hadisələrlə bağlı birgə dəstək bəyanatı yayımlayıblar.
10 təşkilatdan 4-nün adında “demokratiya” sözü vardır.
Bunlar:
- Ettehad-e Demokratik-e Azərbaycan (Azərbaycan Demokratik İttifaqı (Birliyi)).
- Ettehadiyye-ye Demokratik-e Torkha-ye Azərbaycan-e Cənubi (Cənubi Azərbaycan Türklərinin Demokratik Birliyi (İttifaqı)).
3.Hezb-e Demokrat-e Azərbaycan-e Cənubi (Cənubi Azərbaycan Demokrat Partiyası).
4.Hezbe Liberal-Demokrat-e Azərbaycan-e Cənubi (Cənubi Azərbaycan Liberal-demokrat Partiyası).
Siyasi partiyaların çoxluğu siyasi qüvvələrin cüzi maraqlar əsasında parçalanmasının göstəricisi hesab edilir. Bunu demokrat adı ilə 4 siyasi partiyanın fıaliyyət göstərməsi də aydın şəkildə göstərir. Belə ki, qeyd edilən təşkilatların adlarındakı “ettehad” (ittifaq) və “ettehadiyye” (birlik) terminlərinin daşıdığı məna fərqini, eyni zamanda Azərbaycan anlayışını türk sözü ilə məhdudlaşdırmağın məqsədini anlamaq çətin olur.
Maraqlıdır ki, sosial- demokratiya liberal -demokratiya anlayışndan daha cəlb edici və anlaşıqlı olardı.
Əlavə etmək lazımdır ki, azərbaycanlıların qarşısında duran birinci dərəcəli vəzifə demokratik cəmiyyət qurmaq yox, milli varlığın qorunmasına xidmət edən təşkilat yaratmaqdır.Həmin təşkilat heç bir məhdudlaşdırıcı- demokrat, liberal, sosial, dünyəvi və s. anlayışlarla yüklənməməlidir.
Şərhlər bağlıdır.