29 MORDAD 1400-CÜ İL (20 AVQUST 2021 Cİ İL)
Əziz oxucular, nəzərinizə çatdıraq ki, Azərbaycan Demokrat Firqəsinin növbəti Qluphausda Əfqanıstanın dünəni, bu günü, sabahı mövzusunda konfrası keçirildi. Konfrans 29 mordad 1400-cü il, Təbriz vaxtı saat 20-30-da başlanıb, 24-00 –da başa çatdı. Konfransın çıxışçıları otaqda iştirak edən maraqlı soydaşlarımızala jurnalist Rza bəy Talibi və ADF-nin beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir idi. Otağın aparıcıları Rəhim bəy Şahbazi və Səriyyə xanım Ərdəbilli ilə bərabər, Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim müəllim Hüseynzadə, firqənin məsullarından Pərviz müəllim iştirak edirdilər. Konfrans AzərbaycanDemokrat Firqəsinin himni ilə başlandı və birinci çıxışçı Abdulla bəy öncə Əfqanıstanın dünəni haqda tarixinə nəzər saldı. O,Əfqanıstanın çox milliyətli bir ölkə olaraq, qədim dövrdən bu günədək inkişaf yolundan söz açdı.
Əfqanıstan tarixini, digər xalqların tarixi kimi enişli-yoxuşlu olaraq türk elləri ilə bərabər hadisələri seyr etdikdə qəznəvilər, səlcuqilər, səfəvilər imperatorluğu dövründə, onların tərkibində yaşamış, inkişaf etmiş əfqan xalqlarından söz açdı. Əfqan xalqları Əfşar imperatorluğu dağılandan dan sonra Azərbaycanda, Lorstanda Atabəylər təşkil olan kimi Herat və şərqi Xorasanda Əhməd Abdalıların hökdarlığını altında yaşaymalarından söz açan çıxışçı 1918-ci ildə Amanulla xanın rəhbərliyi altında ingilislərlə 3-cü savaşda qalib gəlib, Əfqanıstan istiqlaliyyətini elan edilməsindən söz açmışdı.
İstiqlaldan sonra təcədüdə qədəm qoyan əfqan xlaqları nəhayət cahil şah dövrünün 40 illik yarım demokrasi səltənəti dövründən sonra Davud xanın çevrilişi ilə cümhuriyyət həyatın başlanmasına işarə etdi. Çıxışçı Əfqan xalqılarının 1980-ci ildə Sour demokratik inqilabı ilə rastlaşmasından, Tərəki və Həfizullah Əmin dövrü, SSRİ-nin Əfqanıstana girişi, Bədrək Karməlin 6 illlik dövlətçiliyi, Nəzibullah hökuməti , SSRi-nin dağılması mücahidlər kualisiya hökuməti, 1996-cı ildə Talibanların hakimiyyəti ələ keçirməsi və bu dövrdə qadınların, uşaqların, Əfqanıstanda yaşayan etnik Özbək, Türkmən, Qılpçaq xalqların qətamlarla rastlaşması, nəhayət Amerika dövlətinin Əfqanıstana hücumu Talibanı aradan qaldırılması, Əfqanıstanın siyasi həyatınin 20 illik reberallaşmasından 8 avqusta Talibanın yenidən hakimiyyəti ələ keçirməsi barədə otaq iştirakçılarına məlumat verdi. Cavanşir bəy otaq iştirakçılarının sulalarını cavablandırandan sonra Rza bəy Talibi Əfqanıstanda dini firqələrin mövcudluğu, fəaliyyəti, mərkəzləri, qruplaşmaları və fikir sahəsində qarşı durmaları sünni- şiə münasibətlərinə bir neçə aspektdən yanaşaraq bu gün talibanın hökuməti ələ keçirtməsində Əfqanıstan İslam Əmirliyinin yenidən bərpası və şəriət qaydalarını digər hüquq dəyərlərinin əvəz edilməsi barədə geniş çıxış etdi. Otaq iştirakçılarının verdiyi suallarına dolğun cavab verən Rza bəy Talibi Əfqanıstanda şəriətin aparıcı gücə çevrilməsinin müəyyən aspektlərindən söhbət açdı.
Azərbaycan Demokrat Firqəsinin otağnda 80 nəfərə yaxın iştirakçı böyük zövq və həvəslə konfransın gedişatın dinləyib, sorğu-suallarla canlı iştirak edirdilər. Otağın adminləri qeyri azərbaycanlı söz sahiblərinin otağımızda iştirak etmə ricalarını məmnuniyyətlə qəbul edərək həm bəluc etnikli və əfqanlı soydaş dinləyiciyə söz verərək onların regionda xüsusən Əfqanıstanda baş verən hadisələrdə digər millətlərin maraqları və münasibətləri aydınca şərh edildi.
Əfqanıstanın qonşu dövlətlərinin Talibanların yenidən hakimiyyətə gəlməsi barədə rollarını araşdırmaqla geniş açıqlamalar ortaya qoyuldu. Növbəti 2-ci dövr çıxışlar vaxtında Abdulla Əmir Haşimi Cavanşir Əfqanıstanın bu günükü durumu, baş verən ictimai, siyasi, iqtisadi, hərbi diplomatik böhranın rişələrinə toxunaraq çıxış yolunu Əfqanıstanda yaşayan müxtəlif xalqların demokratiyaya hörmət etməkdə, milli hüquqların bərabərliyinə rəayət etməklə, 100 il öncədən başlanan modernləşmə, istimara qarşı mübarizəyə, cəhalətə və möhumata qarşı mübarizəyə davam etməkdə gördüyün bildirdi. 2-ci çıxışçı Rza bəy isə söhbətinin davamında son illərdə yaranan partiyalara qadağa qoyulmasının, QHT təşkilatlarının fəaliyyətinin dayandırılması, qadınlara qarşı, qeyri pəşton xalqlara qarşı, hədə qorxu və dəhşətli vəziyyətin ortada olduğu barədə söhbət etdi. Otağın səmərəli keçirdiyi barədə, otaq ştirakçılarının təşəkkürləri ilə seminar sona çatdı.
Şərhlər bağlıdır.