BU BİR UNUDULMAZ XATİRƏDİR

Azadlıq, ədalət, milli hökumət”- iyul aksiyasının əsas şüarı

Təbrizdə və digər yerlərdə keçirilən aksiyalar unudulmaz xatirəyə çevrildi. Amma bitmədi, çünki mübarizə davamlıdır. Milli fəallar Təbrizdə 24 iyul (2 mordad) aksiyasında səsləndirilən “Azadlıq, ədalət, milli hökumət” şüarını şəhərin müxtəlif yerlərində divarlara yazdılar. Şüarlardan da göründüyü kimi Milli Hökumət günün bitib tükənməyən şüarıdır. Qələbəyə qədər davam edən çağırışdır.

Bütün siyasi, milli cərəyanlar tərəfindən bəyənilən şüar avqustun 20-də bütün şəhərdə geniş yayılıb.

Üç rəngdə hazırlanan qrafit mətni onlarca yerdə divarlara və ictimai yerlərə yazılıb, əhalinin diqqətini cəlb edib.

Qeyd edək ki, iyulun 24-ü axşam saatlarında Azərbaycanın Güneyinin bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əl-Əhvaz etirazçılarına dəstək və Azərbaycan Güneyinin bölgələrində mövcud olan problemlərə hakimiyyətin laqeydliyinə qarşı etiraz aksiyası keçirilib.

Aksiyada səsləndirilən müxtəlif şüarlar arasında ən çox bəyənilən və xalq arasında geniş yayılan şüar “Azadlıq, ədalət, milli hökumət” şüarı olub.

Müxtəlif şəhərlərdə çox sayda milli-mədəni fəal həbs olunub. Onlardan bəziləri Təbriz həbsxanasına köçürülüb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Təbriz həbsxanasında olan bəzi fəalların verdiyi məlumata görə, Təbrizdə aksiyalardan öncə, aksiya günü və ondan sonrakı günlərdə həbs olunanların sayı onlarcadır.

Onlardan bəziləri girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıblar. Ancaq həbsdə olanların bir çoxunun barəsində məlumat əldə etmək mümkün deyil.

Təhlükəsizlik idarəsi saxlanılan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə ictimaiyyətə və mediaya məlumat verilməsin. Ona görə bir çox fəalların yaxınları onlar barəsində bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.

YAŞASIN AZADLIQ!!!

Şərhlər bağlıdır.