VİDADİ MUSTAFAYEV: RƏİSİNİN KEÇMİŞ MÜHAFİZƏKAR “RƏQİBİ” MÖHSÜN REZAİ BİR YOX, ÜÇ VƏZİFƏ ALDI

İran İslam Respublikasının dövlət rəhbəri İbrahim Rəisi prezident seçkilərində mühafizəkar dəstədən olan “rəqibi”, 16 il (1981-1997) Sepahın Baş komandanı, ondan sonra indiyə kimi Məsləhət Şurasının dəyişməz Katibi olmuş M.Rezaini özünün İqtisadiyyat üzrə müavini, Üç hakimiyyət qolu başçılarının iqtisadiyyat üzrə Ali koordinasiya şurasının katibi və hökumətin İqtisadi qərargahının katibi təyin etdi.

Namizədlər arasında yeganə həqiqi iqtisadçı alim, Mərkəzi Bankın son iki ildə sədri olmuş Əbdülnasir Himməti deyirdi ki, M.Rezai öz iş yerində (Məsləhət Şurasının katibi idi) oturaraq, müəllimləri ora dəvət edərək-gətirdərək onlara guya imtahan verirdi. Daha sonra demişdi ki, M.Rezainin doktorluq (fəlsəfə doktoru) dərəcəsini necə aldığı da hamıya məlumdur. Ə.Himməti onu iqtisadçı adlandırmağı belə ədalətsizlik sayırdı.

Yeni prezident, son illərin guya əsas şüarı və tələbi olan ləyaqətlilik (əlahiyyətlilik) prinsipinə əməl edərək, iqtisad elmindən uzaq olan bir nəfəri hökumətin iqtisadi siyasətinin başına gətirib.

Deməli, İranda ŞAYƏSTESALARİ (MERİTOKRATİYA) prinsipi işləyir. Onda əminliklə demək olar ki, İran iqtisadiyyatı “MÖHKƏM” əllərdədir.

 

Şərhlər bağlıdır.