TOKİO 2020: MİLLİMİZ “10-LUQ”DADIR

Tokio 2020 Yay Paralimpiya Oyunlarında doqquzuncu yarış günü də geridə qalıb.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, Azərbaycan komandası gün ərzində medal hesabını artıra bilməyib.

Bununla belə, millimiz 10-cu sıradakı mövqeyini qoruyub (11 qızıl, 1 gümüş, 4 bürünc medal).

Paralimpiya komandamızın sıralamada ən yaxın izləyicisi Almaniyadır (10 “qızıl”, 9 “gümüş” və 15 “bürünc”).

Çin yığması birinci (77 “qızıl”, 46 “gümüş”, 44 “bürünc”), Böyük Britaniya ikinci (34 “qızıl, 27 “gümüş”, 35 “bürünc”), Rusiya Paralimpiya Komitəsi (RPK) üçüncü (32 “qızıl”, 23 “gümüş”, 42 “bürünc” ), ABŞ dördüncü (27 “qızıl”, 31 “gümüş”, 22 “bürünc”), Ukrayna beşinci, (20 “qızıl”, 39 “gümüş”, 25 “bürünc”), Braziliya altıncı (19 “qızıl”, 13 “gümüş”, 12 “bürünc”), Niderland yeddinci (19 “qızıl”, 11 “gümüş”, 11 “bürünc”), Avstraliya səkkizinci (17 “qızıl”, 23 “gümüş”, 26 “bürünc”), İtaliya doqquzuncudur (13 “qızıl”, 25 “gümüş”, 20 “bürünc”),

Medal qazanan ölkələrin sayı 83-ə çatıb. Onlardan 58-nin hesabında baş mükafat var.

Komandamıza qızıl medalları Şəhanə Hacıyeva, Sevda Vəliyeva, Xanım Hüseynova, Dürsədəf Kərimova, Vüqar Şirinli, Hüseyn Rəhimli (hamısı cüdo), Həmid Heydəri, Elvin Astanov (hər ikisi atletika), Vəli İsrafilov və Raman Saley (hər ikisi üzgüçülük) qazandırıb. Sonuncu iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeganə “gümüş” Lamiyə Vəliyevanın (atletika), bürünc mükafatlar isə Pərvin Məmmədov (pauerliftinq), Namiq Abbaslı, İlham Zəkiyev (hər ikisi cüdo) və Səid Nəcəfzadənin (atletika) sayəsində əldə olunub.

Paralimpiadaya sentyabrın 5 də yekun vurulacaq.

Ə.Mürsəlov

Şərhlər bağlıdır.