14 ADA DÖVLƏTİ ÇİNƏ QARŞI HƏRBİ PLAN QƏBUL ETDİ

Əslində bu plan çoxdandır ki, Yaponiya və 13 Sakit okean ada dövləti tərəfindən nəzərdə tutulub. Çin təhlükəsi “Azad və Açıq Hind-Sakit Okean strategiyası”nı həyata keçirməyi zəruriləşdirib.

Yaponiya müdafiə naziri Kişi Nobuo “Yaponiya-Sakit okean adaları Müdafiə Dialoqu” onlayn zirvəsində 13 həmkarı ilə görüşərək ikitərəfli və regional inkişaf mövzusu ətrafında fikir mübadiləsi aparıb.

Görüşdən sonra yayımlanan birgə bəyannaməyə görə, Yaponiya və ada ölkələri Çinin bölgə dənizlərində təhdidkar fəaliyyətləri qarşısında əməkdaşlıq vəd ediblər.

“Azad və Açıq Hind-Sakit okean strategiyası”nın razılaşdırıldığı qeyd edilən bəyannamədə təhdidlərə qarşı inamın və qarşılıqlı anlaşmanın artırılmasına vurğu olunub.

Bəyannamədə Şimali Koreyanın nüvə fəaliyyətlərinin yaratdığı təhlükələrə də diqqət çəkilib.

ABŞ, İngiltərə, Fransa, Avstraliya, Kanada və Yeni Zelandiya nümayəndələri də onlayn sammitdə iştirak ediblər.

13 Sakit okean adası dövləti Kuk adaları, Fici, Kiribati, Marşal adaları, Mikroneziya, Nauru, Niue, Palau, Papua Yeni Qvineya, Solomon adaları, Tonqa, Tuvalu və Vanuatudan ibarətdir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.