ƏFQAN QAÇQINLARI LENTƏ ALAN JURNALİST HƏBS OLUNUB

Azərbaycanın Güneyinin Xoy şəhərində Əfqanıstan qaçqınlarının yerləşdiyi düşərgədə onların şəklini lentə alan foto-müxbir həbsə alııb. Urmu şəhərinin yerli mətbuatının və sosial media qrupları bu barədə məlumat verib.

İnformasiya sentyabrın 4-də yayımlanıb. Həbs olunan foto-müxbir Məcid Səidinin konkret nədə ittiham olunduğu və harada saxlanıldığı barədə heç bir məlumat verilməyib.

Tanınmış foto-müxbir Alfred Yəqubzadə özünün şəxsi “instaqram” hesabında bununla bağlı paylaşım edib.

“Məcid Səidi bütün lazım olan icazələri aldıqdan sonra İran-Türkiyə sərhəddində əfqanistanlı qaçqınların durumundan reportaj hazırlamaq üçün bölgəyə səfər etmişdi”, – deyə o, həmkarının həbsinin qanunsuz olduğunu bildirib.

Xəbərçi

Şərhlər bağlıdır.