RUSİYA VƏ BELARUS BİRLƏŞDİ

PUTİN VƏ LUKAŞENKO İMZA ATDI

Rusiyanın və Belarusiyanın həyatında ciddi dəyişiklik baş verib. Prezident Vladimir Putin və həmkarı Aleksandr Lukaşenko Rusiya-Belarus Birgə Dövləti proqramı barədə razılığa gəlib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, Putin belaruslu həmkarı ilə bu barədə sənədə imza atıblar. O həmkarı Lukaşenko ilə birgə belə razılığa gəliblər. Tərəflər arasında 3 saat yarım davam edən görüşdən sonra 28 maddədən ibarət Birgə dövlət proqramı razılaşdırılıb. Putinin sözlərinə görə, saziş əsasən iqtisadi və sosial sahələri əhatə edir. Sazişə görə, iki ölkənin bəzi iqtisadi sahələri birləşdiriləcək, birgə maliyyə və enerji sahələri yaradılacaq, birgə sənaye və kənd təsərrüfatı planları həyata keçiriləcək.

Qeyd edək ki, Birgə Dövlət proqramı hər iki ölkə üçün bərabər mühit formalaşdıracaq.

Siyasətçi

Metbuat.az

 

Şərhlər bağlıdır.