TALİBANA QARŞI DİRƏNİŞ – 3 BÖLGƏ GERİ ALINDI

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatına qarşı çıxan Pəncşir əyalətindəki Milli Müqavimət Cəbhəsinin dəstələri bölgədəki radikallardan üç bölgəni geri alıb. Bu barədə APA-ya istinadən azerbaycan-ruznamesi.org xəbər verir.

“Afghanistan Times” qəzetindən götürülən məlumata görə müqavimət qüvvələri Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarına nəzarəti geri qaytarıblar. Qeyd edilir ki, şiddətli döyüşlər nəticəsində “onlarla “Taliban” silahlısı məhv edilib”.

 

Şərhlər bağlıdır.